"Əl-Qüds Əl-Ərəbi" internet saytının verdiyi məlumata görə, Fələstinin təhlükəsizlik qurumlarına qadağa qoyulduğu üçün 33 fələstinli üzv fevralın 17-də keçirilən konfransda iştirak edə bilməyib.
Konfrans Fələstinin dövlət himninin oxunması ilə başlayıb, daha sonra Qəzza zolağı və İordan çayının qərb sahili şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın təqib komitəsinin üzvlərindən olan İntisar Əl-Dənan açılış nitqində Fələstin məsələsinin üzləşdiyi təhlükələrə və sui-qəsdlərlə mübarizənin zəruriliyinə diqqət çəkib.
Konfransın təqib komitəsinin digər üzvü Mustafa Əl-Bərqusi də sionist düşmənin Fələstin məsələsinə son qoyma səylərinə və ABŞ-ın dəstəyi ilə işğal olunmuş ərazilərdə qətl, yerdəyişmə və infrastrukturun dağıdılmasına toxunub.
Fevralın 17-18-də Dohada keçirilən Fələstin Milli Konfransının proqramları keçirilib. Fələstin Azadlıq Təşkilatının strukturunun yenidən qurulmasına və Fələstində milli birliyin həyata keçirilməsinə əsaslanan konfransın məqsədlərinin baş tutması üçün əməli tədbirlərin görülməsi vurğulanan yekun bəyanat qəbul edilib.
4266895