IQNA

İspaniyada yeni məscid açılıb

10:10 - February 22, 2025
Xəbər sayı: 3497661
İQNA - İspaniyanın şimalındakı Vilyarkayo şəhərində yaşayan bolqarıstanlı müsəlmanlar yeni məscidə sahib olmaq arzusuna çatıblar.

"İQNA"-nın "Əl-Əlukə"-yə istinadən verdiyi məlumata görə, İspaniyanın şimalındakı Burqos əyalətinin Villarcayo şəhərində yaşayan bolqar müsəlmanlarının yeni məscidinin onlarla şəxsiyyət və bu şəhərdən olan bir qrup müsəlmanın iştirakı ilə açılışı olub.

Bu, Villarcayo müsəlmanlarını bir araya gətirən bölgədə on kilometrlərlə məsafədə olan yeganə məsciddir.

Bolqarıstan Respublikasının Baş Müftisi Mustafa Hacı çıxışında məscidin təkcə namaz qılmaq üçün deyil, həm də müsəlmanları bir araya gətirən və onların əlaqələrini gücləndirən bir məkan olduğunu vurğuladı: "Bu gün Villarcayoda Bolqarıstan müsəlmanları üçün mühüm bir gün və gözəl bir hadisədir. Məscidlər təkcə ibadət yeri deyil, daha doğrusu, onlar İslam əxlaqı və prinsiplərini öyrədən və tərbiyə verən mərkəzlər hesab olunurlar".

Mustafa Hacı vurğulayıb ki, Avropadakı müsəlmanlar ətrafdakı cəmiyyətə örnək olmaq üçün İslamın nəcib simasını tanıtmağa borcludurlar.

Şeyx Əhməd Həsənov da bu məscidin tikintisində əməyi keçən hər kəsə minnətdarlığını bildirib və vurğulayıb ki, bu islami binanın mövcudluğu imanın möhkəmliyini və müsəlmanların öz köklərinə bağlılığını nümayiş etdirir.

4267285

Teqlər: İspaniya ، məscid ، müsəlman ، İslam
captcha