IQNA

Ramazan ərəfəsində Sarayevoda İslam Təhsil Mərkəzi tikiləcək

10:07 - February 23, 2025
Xəbər sayı: 3497667
İQNA – Sarayevo İslam İcması Şurası Ramazan ayı ərzində şəhərdə İstiqlal məscidinin yanında böyük bir İslam təhsil mərkəzinin tikiləcəyini açıqlayıb.

"Əl-əlukə news"-un verdiyi məlumata görə, İslam İcması Şurası tikiləcək mərkəzin multimedia, uşaq bağçası, gənclər üçün təhsil zalı, həmçinin müxtəlif İslami, sosial və mədəni proqramlar üçün yerləşdirmə obyektləri və otaqlardan ibarət olmasının planlaşdırıldığını açıqlayıb.

Sarayevo müftisi Necad Qrabos yeni təhsil mərkəzinin gənc kişilər və qadınlar üçün etibarlı bir sığınacaq olacağını və bütün Sarayevo müsəlmanlarına xidmət etməyə görə Allahın köməyi ilə inşa edəcəklərini bildirib.

İcma İmamları Şurasının sədri Əbdül Qaffar Vəliç şəhərin İslam rəmzi və bayrağı olması üçün İstiqlal məscidinin təməl daşının 24 il əvvəl qoyulduğunu və uzun illərdir ki, məscidin yanında İslam təhsili mərkəzinin yaradılması ideyasının irəli sürüldüyünü bildirib. O qeyd edib ki, İstiqlal məscidinin minarəsinin bərpası təmirə ehtiyac olduğu və bəzi digər layihələrin tamamlanması ilə əlaqədar təxirə salınıb.

"Layihənin planlaşdırılması 2025-ci ilin əvvəlində edilib və son hazırlıq və tikinti işlərinin müqəddəs Ramazan ayında başlanması planlaşdırılır", - deyə Vəliç bildirib.

4267304

captcha