IQNA

İşğalçı rejim yenə vədinə əməl etmədi

2:42 - February 24, 2025
Xəbər sayı: 3497675
İQNA – Həmasın Qəzza zolağında əsir mübadiləsinin yeddinci mərhələsi çərçivəsində altı sionist məhbusu azad etməsinə baxmayaraq, İsrail rejimi fələstinli məhbusların azad edilməsini dayandırdığını elan edib.

İsrail rejimi HƏMAS ilə məhbus mübadiləsinin yeddinci mərhələsində dünən azad edilməli olan fələstinli məhbusların azad edilməsini dayandırdığını açıqlayıb. İsrailin baş nazirlik adlanan idarəsindən verilən açıqlamada fələstinli məhbusların azadlığa buraxılmasının təxirə salındığı açıqlanıb.

Bəyanatda Qəzza zolağındakı digər məhbuslar təhvil verilməyənə qədər fələstinli məhbusların azad edilməyəcəyi və azad edilmənin mərasimsiz həyata keçiriləcəyi bildirilib. Sərbəst buraxılması gözlənilən məhbusların sayının 602 olduğu açıqlanıb. HƏMAS-a bağlı Məhbuslar Media Ofisindən verilən açıqlamada, İsrail rejiminin 151-i ömürlük və ya ağır həbs cəzasına məhkum edilmiş 620 fələstinli məhbusu azad edəcəyi açıqlanıb.

captcha