IQNA

Qəzzada əlil müəllim uşaqlara Quran öyrədir

4:13 - March 11, 2025
Xəbər sayı: 3497776
İQNA – Rəfah müharibəsində hər iki ayağını itirən Əhməd Əbu Möhsün Qəzzada yaratdığı müvəqqəti məktəbdə yüzlərlə şagirdə Quran öyrədir.

“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, İsrail qüvvələri Əhməd Əbu Möhsünün vaxtilə işlədiyi Əl Ənbiya məscidini dağıdılıb və hər iki ayağının kəsilməsinə baxmayaraq, bu, onun Rəfah şəhərindəki çadırda yüzlərlə uşağa Quran öyrətməyə davam etməsinə mane olmayıb.

Əbu Möhsün, “Keçən Ramazanda yaralandım və Quran təhsili sahəsində işimi davam etdirə bilmədim. İndi Allahın izni ilə sağaldım və müharibə bitdikdən sonra Quran hifzi təlimi üçün bu məscidi tikməyə nail olduq. Əlhəmdülillah, tələbələr hər gün bura təhsil üçün gəlirlər” dedi.

Əbu Möhsün neylon çadırda, xüsusən də həddindən artıq istidə dərs keçməyin çətinliklərinə toxunaraq, bütün bunların tələbələrin əzmini qıra bilmədiyini bildirib.

Tələbələr günə səhər namazını qılmaqla başlayırlar. Günorta namazından sonra Quran dərslərinə qatılır, əsr namazından sonra Peyğəmbər (s) sünnəsi və təcvid dərsləri başlayır.

Əbu Möhsün Rəfah məscidinə gedərkən İsrail işğalçı qüvvələrinin onu hədəfə aldığını və yaraladığını bildirib.

 “Çadırlarda keçirilən bu Ramazan günləri işğalçıların məscidləri dağıtdığı müharibədən əvvəlki dövrdən tamamilə fərqlidir”. Bu Quran məktəbinin şagirdlərindən biri olan Məhəmməd Möhsün deyir ki, o, Əbu Möhsün kimi gənclərin və uşaqların Quranı əzbərləməsinə kömək edən insanların varlığına görə Allaha şükür edir.

Başqa bir tələbə Lavay Şahin isə işğalçıların bütün zülmlərinə baxmayaraq, Quran əzbərini tamamlamaqda qərarlı olduqlarını bildirib.

4270504

captcha