IQNA

Londonda iftarda Fələstinə yardım

5:36 - March 16, 2025
Xəbər sayı: 3497816
İQNA –Britaniyada yerləşən Goodwill Caravan humanitar xeyriyyə təşkilatı Londonda təşkil olunan iftar tədbirində Misirdə yaşayan fələstinli və sudanlı qaçqınlara dəstək olmaq üçün minlərlə funt sterlinq toplayıb.

 

“Arab News” internet saytının verdiyi məlumata görə, Goodwill Caravan-ın qurucusu Hanan Asik, xeyriyyə təşkilatının mart ayında başa çatan müqəddəs Ramazan ayının sonuna kimi 150 min funt-sterlinq toplamağa ümid etdiyini bildirib.

İanələr Qahirədəki Salam Mərkəzinə göndəriləcək. Mərkəz Sudan və Qəzza zolağı da daxil olmaqla müharibədən əziyyət çəkən bölgələrdən didərgin düşmüş insanlara təcili yardım göstərir, onları qida, sığınacaq, hüquqi müdafiə və tibbi yardımla təmin edir.

Asik bu yardım təşkilatının keçən il Qəzzada fələstinlilərə kömək etmək üçün Ramazan iftarında 120 min lirə topladığını və bölgəyə 16 TIR qida və gigiyena ləvazimatları göndərdiyini qeyd edib.

Goodwill Caravan-ın qurucusu Hanan Asik bildirib ki, bu hadisə Britaniya ictimaiyyəti arasında fələstinlilərə dəstəyin dərinliyinə sübutdur.

Goodwill Caravan 2015-ci ildə təsis edilib və qaçqın və insan alverinə qarşı layihələri idarə edir. O, həmçinin Misirdəki yüzlərlə fələstinli ailəyə kömək edir.

Britaniyalı jurnalist, kinorejissor və yazıçı Miriam Francois qaçqınların təkcə Britaniya və Amerika qəzetləri tərəfindən deyil, bütün dünyada tez-tez təhqir edildiyini söylədi.

Jurnalist həmçinin qeyd edib ki, xeyriyyə aksiyaları qaçqınların ayaq üstə durmaları üçün lazım olan vasitələrlə təmin olunması üçün çox vacibdir.

4271457

Teqlər: london ، ingiltərə ، fələstin ، yardım
captcha