IQNA

Ayətullah Xamenei Yeni ilin adını açıqladı

14:52 - March 20, 2025
Xəbər sayı: 3497856
İQNA - İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Novruz bayramı münasibətilə dərc etdiyi mesajda yeni ilin adını "İstehsalata sərmayə qoymaq" olaraq təyin edib.

“İQNA” xəbər verir ki, Ali Məqamlı Rəhbər yeni ilin başlanğıcının Qədr gecələri və Əmirəl-möminin Əlinin (ə) şəhadət günləri ilə eyni vaxta təsadüf etməsinə işarə edərək deyib: “Ümidvaram ki, Qədr gecələrinin bərəkəti və Həzrət Əmirin (ə) nəzəri əziz İran xalqı və yeni illəri Novruz bayramı ilə başlayan bütün insanların üzərinə olsun.

İnqilab Rəhbəri Ayətullah Xamenei şəmsi təqvimi ilə 1403-cü ili hadisələrlə dolu bir il kimi xarakterizə edərək, bu ilin xalqa çətinliklər gətirən ardıcıl hadisələrə görə şəmsi 1360-cı ilə (1980-ci illər) bənzədiyini bildirib.

Ayətullah Xamenei deyib: “Bəzi iranlı müşavirlərin Dəməşqdə şəhadəti, prezident Rəisinin şəhadəti, Tehran və Livandakı ağrılı hadisələr İran milləti və İslam ümmətinin dəyərli şəxsiyyətlərini itirdiyi bu ilin hadisələrindəndir.

Həzrət Ayətullah Xamenei şəmsi 1403-cü il ərzində yaşanan iqtisadi çətinliklərin və xüsusilə ilin ikinci yarısında insanların maddi sıxıntılarının artdığını vurğuladı.

"Lakin bu çətinliklər qarşısında İran xalqının güclü iradəsi, mənəvi möhkəmliyi, yüksək birliyi və hazırlığı diqqətəlayiq şəkildə özünü büruzə verdi", - İnqilab Rəhbəri deyib.

Ayətullah Xamenei prezident seçkilərinin qanuni müddət ərzində sürətlə keçirilməsini və yeni administrasiyanın qurulmasını İran xalqının yüksək mənəvi gücünün digər göstəricisi kimi qiymətləndirib.

Ali Rəhbər həmçinin bildirib ki, İran xalqı Livan və Fələstin xalqlarının üzləşdiyi problemlərə geniş həmrəylik ruhu ilə cavab verib və böyük miqdarda dövlət yardımı göndərilib.

Həzrət Ayətullah Xamenei şəmsi 1403-cü ilin “Xalqın iştirakı ilə istehsalatda sıçrayış” ili adlandırıldığını, lakin müxtəlif maneələrin bu hədəfin tam həyata keçirilməsini çətinləşdirdiyini bildirib: “Ona görə də şəmsi 1404-cü ilin əsas şüarı yenidən iqtisadiyyatla bağlıdır və “İstehsalda sərmayə qoymaq” olaraq təyin olundu.

“İstehsalda sıçrayış və dolanışıq problemlərinin həlli investisiyaların istehsala yönəldilməsindən asılıdır” deyən Ayətullah Xamenei hökumətin insanların istehsala sərmayə qoyması üçün lazımi zəmin yaratmalı olduğunu vurğulayıb.

Ayətullah Xamenei mesajının bir hissəsində sionist rejimin Qəzzəyə yeni hücumunu bəşəriyyətə qarşı böyük cinayət və fəlakət kimi qiymətləndirərək dedi: “Bu məsələ İslam ümmətinin məsələsidir. Ona görə də bütün İslam ümməti daxili ziddiyyətlərini bir kənara qoymalı və bu qətllərə qarşı birləşməlidir. Eyni zamanda, Avropa da bu qətliamları dayandırmalı və ABŞ-ın azadlıq müdafiəçiləri də bu qırğınları dayandırmalıdır”.

İnqilabın Rəhbəri Ayətullah Xamenei ABŞ-ı bu fəlakətə görə məsuliyyət daşıyanlar sırasına salıb və bildirib ki, siyasi ekspertlərin qiymətləndirmələrinə görə, bu qətl ABŞ-ın razılığı ilə həyata keçirilib.

 Ayətullah Xamenei Yəməndə mülki şəxslərə qarşı hücumları növbəti böyük cinayət kimi qiymətləndirərək, “Bu hücumlar mütləq dayandırılmalıdır” deyib.

Ayətullah Xamenei mesajının sonunda İslam ümmətinə xeyir, qələbə və birlik arzulayıb və İran xalqına il boyu sülh, uğurlar və tam birlik arzulayıb.

4273046

captcha