IQNA

Qəzza zolağından İsrailə növbəti raket hücumu

4:32 - March 25, 2025
Xəbər sayı: 3497890
İQNA - İslami Cihad hərəkatının hərbi qanadı olan Əl-Qüds Briqadaları yenidən Sderot qəsəbəsini və Qəzza zolağının kənarındakı digər işğal olunmuş qəsəbələri raketlərlə hədəfə aldığını açıqlayıb.

“İQNA”-nın “Əl-Cəzirə”-yə istinadən verdiyi məlumata görə, İsrailin 11-ci kanalı bildirib: “Ordunun Qəzza zolağında hərbi əməliyyatlarını bərpa etdikdən sonra, son 6 gündə Qəzzadan İsrailə doğru 8 raket atılıb.

İsrail Radio və Televiziya Təşkilatı da bildirib: “Ordu bu gün ikinci dəfə Qəzza zolağından atılan raketi ələ keçirib.”

Qüds Briqadaları bazar ertəsi gecə bir bəyanat yayaraq, sionistlərin Sderot, Netiv Haasra, Zikim və Qəzza zolağına bitişik digər bölgələri bir neçə raketlə hədəfə aldığını elan edib.

İsrail ordusu atəşkəs müddəalarını pozaraq, çərşənbə axşamı, martın 18-i səhər saatlarında Qəzza zolağına qarşı hərbi təcavüzünü bərpa edib. KİV-in verdiyi məlumata görə, bu hücumlar indiyədək 730 Fələstin vətəndaşının şəhid olması, 1367 nəfərin isə yaralanması ilə nəticələnib. Sionist rejimin təcavüzünün yenidən başlaması qlobal qınaq dalğası ilə qarşılanıb.

4273579

captcha