“İQNA”-nın “Əl-Əhd”-ə istinadən verdiyi məlumata görə, Şeyx Nəim Qasimin çıxışı Beynəlxalq Qüds Günü və Ramazan ayının sonuncu cümə gününə təsadüf edən martın 28-i cümə günü Livanda keçiriləcək “Ey Qüds, səninlə əhd bağladıq” festivalında səsləndiriləcək.
Bu festival 28 Mart 2025-ci il Cümə günü Beyrut vaxtı ilə saat 15:30-da Livanın "Əl-Hədəs" bölgəsindəki "Əl-Mehdi" məktəbində Şəhid Seyid Məhəmməd Baqir Sədr zalında keçiriləcək.
Ramazan ayının son cümə günü Qüds günü və ya Beynəlxalq Qüds günü adlanır ki, İmam Xomeyni (r.ə) şəmsi 1358-ci ildə (Ramazan 1399-cu il) onu Fələstin xalqına dəstək olmaq üçün rəsmi və qlobal bir gün elan etmişdir.
4273611