"İlkin tibbi yardım üçün lazım olan bir çox dərmanlar tamamilə tükənib, bir çoxları isə tükənmək üzrədir. Bu, xəstələr üçün ciddi nəticələrə səbəb ola bilər", - nazirliyin ilkin səhiyyə xidmətinin baş direktoru Əhəd Samur açıqlamasında bildirib.
İsrailin Qəzzaya tətbiq etdiyi tam blokadanın xəstələrin dərman və tibbi ləvazimatları əldə etməsinə mane olduğunu deyən Samur, xüsusilə cəmiyyətin həssas təbəqələri olan yaşlılar və uşaqlar üçün birinci dərəcəli dərman çatışmazlığının böyük olduğunu vurğulayıb.
Samur, İsrailin sərhəd qapılarını bağlı saxlamağa davam etməsi və dərmanların tükənməsi səbəbindən bu həssas qruplar arasında epidemiyaların yayılma riskinin artdığını söylədi.
Samur, məcburi köçkün olan fələstinlilərin sayının artmasının ilkin səhiyyə xidmətlərində ciddi aksamalara səbəb olduğunu və qalan bir neçə sağlamlıq mərkəzlərinin həddindən artıq sıxlıqla üzləşdiyini söylədi.
Samur beynəlxalq ictimaiyyəti “təcili tədbirlər görməyə və blokada və mühasirəyə son qoymaq üçün İsrailə təzyiq göstərməyə” çağırıb və Ümumdünya Səhiyyə Təşkilatını "uşaqlar üçün dərman və peyvəndlərin Qəzzaya daxil olmasını təmin etmək üçün bütün səyləri səfərbər etməyə" çağırıb.