IQNA

Əl-Qəssam briqadaları Qəzza zolağı ətrafında Aşdodu vurdu

1:56 - April 08, 2025
Xəbər sayı: 3497980
İQNA - İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının perimetrində yerləşən İsrailin işğalı altında olan Aşdod şəhərinin bir sıra raketlərlə vurulduğunu açıqlayıb.

“TRT News”-un verdiyi məlumata görə, Əl-Qəssam Briqadaları tərəfindən edilən yazılı açıqlamada, raket hücumunun işğalçı İsrailin Qəzza zolağında mülki insanları hədəf almasına cavab olaraq həyata keçirildiyi qeyd edilib.

Açıqlamada hücumda nə qədər raketdən istifadə edildiyi və dəyən ziyanla bağlı məlumat paylaşılmayıb. Digər tərəfdən qatil İsrail ordusu Qəzza zolağından 10 raket atıldığını, bunlardan 5-nin qarşısının alındığını, 5-nin isə müxtəlif nöqtələrə düşdüyünü bildirdi.

İbranidilli Kanal 12 televiziyası Aşdod, Askalan və Təl-Əvivin cənubundakı Şifla bölgəsində təhlükə zənglərinin səsləndiyini bildirib.

“İsrail Hayom” qəzeti raketlərdən birinin birbaşa Askalana düşdüyünü, bir nəfərin isə yaralanaraq xəstəxanaya aparıldığını bildirib. Rayonda maddi ziyanın olduğu və xoşbəxtlikdən ölənlərin olmadığı bildirilib.

captcha