IQNA

Çoxlu sayda sionist iş adamının işğal olunmuş əraziləri tərk etməsi

10:57 - April 11, 2025
Xəbər sayı: 3497992
İQNA - İşğal olunmuş Fələstin ərazilərində mövcud şərait çoxlu sayda sionist tacirin bu torpaqları tərk etməsinə, sionist rejimini iqtisadi və təhlükəsizlik böhranı ilə qarşı-qarşıya qoymasına səbəb olub.

"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, İsrail rejiminin son məlumatları göstərir ki, Qəzza zolağında davam edən müharibə və onun İsrailin daxili səhnəsindəki nəticələri səbəbindən keçən il ən azı 1700 milyonçu işğal olunmuş Fələstin ərazilərini tərk edib.

İsrailin “Yedioth Ahronoth” qəzeti immiqrasiya sahəsində aparıcı şirkət olan “Henley & Partners”ə istinadən statistikanın “New World Wealth” beynəlxalq kəşfiyyat şirkəti ilə birgə tərtib edildiyini yazıb.

“Henley & Partners”-a görə, 2023-cü ildə təxminən 24,300 milyonçu ilə müqayisədə, 2024-cü ildə Tel-Əviv və Herzliyada 22,600-dən çox milyonçu yaşayırdı.

Şirkət qeyd edib: “Bu, son bir ildə ən azı 1700 milyonerin İsraili tərk etməsi deməkdir”.

Sionist medianın son aylardakı xəbərləri Qəzza müharibəsi və bunun səbəb olduğu iqtisadi və təhlükəsizlik yükü nəticəsində çoxlu sayda israillinin işğal olunmuş əraziləri tərk etməsindən xəbər verir.

İsrail hökuməti daxili iqtisadi böhrana səbəb olan Qəzza zolağında davam edən müharibə səbəbindən böyük itkilər verib.

İsrailin maliyyə naziri Bezalel Smotriç müharibənin böyük xərclərindən narahat olduğunu bildirib və deyib: “İsrail tarixinin ən uzun və ən bahalı müharibəsindəyik”.

O əlavə edib: “Hərbi əməliyyatın dəyərinin 200-250 milyard şekel (54-68 milyard dollar) arasında olduğu təxmin edilir. Baxmayaraq ki, ekspertlər bu rəqəmin daha yüksək olduğunu düşünürlər.

4275432

captcha