İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, nadir kitablar və əlyazmalar kolleksiyasının saxlanıldığı Məscidül-Əqsa İslam Muzeyində Peyğəmbərin (s) nəslindən Həsən ibn Hüseyn bin Əli bin Əbi Talibin (ə) yazdığı kufi xətti ilə unikal Quran nüsxəsi var.
Əl-Əqsa məscidinin arxeologiya üzrə mütəxəssisi İsmayıl Şəravanənin sözlərinə görə, Qurani-Kərimin bu əlyazması kufi xətti ilə ceyran dərisi üzərində qara mürəkkəblə yazılmış və hərflərinə sonrakı dövrlərdə nöqtə qoyulmuşdur.
O, əlavə edib: “Bu Quran nüsxəsi İslam Muzeyindəki digər Quran nüsxələrindən “Hisab Cümmal” üsulu ilə seçilir. Bu müshəfdə ayələr nömrələnmir, əksinə ərəb hərfləri ilə işarələnir.
4275804