“Əl Aləm”-in verdiyi məlumata görə, Hacı Ömər Ryoiçi Mita 1892-ci ildə Yaponiyanın qərbindəki Kyuşu adasındakı Yamaquçi prefekturasının Şimonoseki şəhərində samuray və buddist ailənin övladı olaraq anadan olub.
O, Yamaquçi Universitetinin İqtisadiyyat Məktəbində ticarət üzrə bakalavr təhsilini başa vurmuş və 1916-cı ildə bitirmişdir.
Təhsil aldığı müddətdə Mita yapon müsəlmanı Hacı Ömər Yamaokanın kitablarını öyrənib. Bu kitablar onun İslama ilk giriş mənbəyi idi. Qəlbində tövhid nuru alovlanana qədər 30 il yoluna davam etdi.
Universitet təhsilini başa vurduqdan sonra Mita Çinə getdi və orada ölkə müsəlmanlarından İslam dini haqqında daha çox öyrəndi. Çinli müsəlmanların həyat tərzindən çox təsirlənən Mita 1920-ci ildə “Çində İslam” adlı silsilə məqalələr yazdı və bu məqalələr “Tokyo Kinkiyo” jurnalında dərc olundu.
1921-ci ildə Yaponiyaya qayıdıb Hacı Ömər Yamaokanın moizələrini dinləyərək İslam dinini daha yaxşı başa düşür.
Hacı Ömər Ryoiçi Mita 1922-ci ildə Mançuriya Dəmir Yolu Müəssisəsində işləməyə başlamış və sonra müfəttiş vəzifəsinə qədər yüksəlmişdir.
O, həmçinin Çin-Yapon müharibəsi zamanı Şimali Çinə göndərilib. O, Çin müsəlmanlarından təsirlənmişdi və arzu edirdi ki, Yapon icması belə bir İslam cəmiyyəti ola bilsin.
Mita daha sonra Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox ölkəyə səfər edib, bir çox toplantı və konfranslarda iştirak edib. O, həmçinin İslamın digər dinlərlə əlaqəsi və İslam cəmiyyətində insanların həyatı haqqında kitablar yazıb.
Ryoiçi Mita 49 yaşında İslamı qəbul etmək istədiyini bildirmək üçün Çindəki Pekin məscidinə gedib. Beləliklə, 1941-ci ildə İslamla şərəfləndi və adını Ömer Mita olaraq dəyişdirdi.
Müharibə bitdikdən sonra 1945-ci ildə Yaponiyaya qayıtdı və ilk olaraq Kansai Universitetində işləməyə başladı. Daha sonra Kioto Universitetində Çin dili müəllimi işləyib.
1957-ci ildə Pakistana gedən və İslami fəaliyyətlərdə iştirak edən Mita 1960-cı ildə Həcc ziyarətinə gedib. O, Yaponiya Müsəlmanlar Cəmiyyətinin (JMA) ilk prezidenti Sadiq İmayzuminin vəfatından sonra onun prezidenti seçilib.
İşlədiyi müddətdə o, İslam haqqında yapon dilində “İslamı anlamaq” və “İslama giriş” adlı iki kitab yazmışdır. O, həmçinin Məhəmməd Zəkəriyyanın “Əshabın həyatı” kitabını yapon və bir sıra digər Şərqi Asiya dillərinə tərcümə etmişdir.
Hacı Ömər Mita Qurani-Kərimin Yapon dilinə ilk tərcüməsini 28 iyul 1972-ci ildə, yenidən işlənmiş və düzəliş edilmiş nəşri isə 1982-ci ildə nəşr edilmişdir.
Ərinin ölümündən sonra o, işini tərk edərək Tokioda məskunlaşıb. O, bütün vaxtını İslamın yayılmasına həsr etmişdir. 1983-cü ildə dünyasını dəyişib.
Yaponiyada müsəlmanların sayı çox az idi, lakin sonradan Qazaxıstan və Tacikistan kimi Orta Asiya ölkələrindən çoxlu sayda müsəlmanın, 1-ci Dünya Müharibəsi zamanı Bolşevik İnqilabından sonra Rusiyadan müsəlmanların miqrasiya etməsi ilə Yaponiyada müsəlman ictimai həyatı başladı və onlar ölkənin böyük şəhərlərində məskunlaşdılar.
Yaponiyanın bəzi şəhərlərində müsəlmanlar qaçqın kimi qəbul edilib. Müsəlmanlarla yapon xalqı arasında sıx əlaqələr quruldu. Müsəlmanlar əvvəlcə problemlərlə, o cümlədən, Buddistlər tərəfindən təqiblərlə üzləşdilər, lakin buddistlər müsəlmanların sülhpərvər, dürüst və tərbiyəli olduqlarını, xain olmadığını gördülər.
Yaponiyada müsəlman icması durmadan böyüdü və ölkədə çoxlu məscidlər tikildi, bunlardan ən diqqət çəkəni Honsyu adasının cənub-qərbindəki Kobe şəhərində tikilmiş məscid idi. Bu, Yaponiyada baş verən dağıdıcı zəlzələdən sağ çıxan və tikintisindən iyirmi il sonra hələ də dayanan yeganə məsciddir.
Ömər Mita Qurani-Kərimin yapon dilinə tərcüməsini Səudiyyə Ərəbistanı səfirinə təqdim edir.
Hazırda Tokioda təxminən 30-40 məscid var, ictimai otellərdə ibadət yerləri və ibadət otaqları var.
4272091