IQNA

Mərakeşdən Fələstin xalqına dəstək

2:41 - April 16, 2025
Xəbər sayı: 3498026
İQNA - On minlərlə mərakeşli, Fələstin və Qəzzanın günahsız xalqına dəstəklərini ifadə etmək üçün kütləvi nümayiş keçirib.

Rusiyanın “Əl-Yəvm” saytının verdiyi məlumata görə, Mərakeş xalqının Fələstinə dəstək nümayişi ölkənin paytaxtı Rabatın Babul-Əhəd meydanından başlayıb və parlament binasına qədər davam edib.

“Hesperis” qəzetinin verdiyi məlumata görə, on minlərlə mərakeşli İsrail ordusunun bazar günü, aprelin 13-də davam edən təcavüzü qarşısında Qəzza zolağının sakinlərinə qəti və qeyd-şərtsiz dəstəyini ifadə edib.

Nümayişçilər il yarımdan artıqdır ki, bombardmandan tutmuş aclığa qədər hər cür qətl və qırğına dirənən Fələstin xalqının qətiyyətini və əzmkarlığını yüksək qiymətləndiriblər.

Bu yürüşdə müxtəlif siyasi və ziyalı hərəkatlarının liderləri də iştirak edib. Mesajlarda Fələstin xalqına dəstək məqsədilə “Qəzzaya və müqavimətə salam” və “Yürüşlər normallaşma tamamlanana qədər tam sürətlə davam edəcək” ifadələri yer alıb.

Kütləvi yürüşdə nümayişçilər İsrail bayraqlarını yandırarkən Qəzza xalqına qarşı törədilmiş cinayətlərin simvolik görüntüləri də nümayiş etdirilib.

Yürüşdə Qəzzada soyqırımın rədd edilməsi, Fələstinə və müqavimətə ictimai dəstəyin davam etdirilməsi, İsraillə rəsmi münasibətlərin normallaşmasının dayandırılması və beynəlxalq qurumların dərhal hərəkətə keçməsi tələb edilib.

İsrailin son hərbi hücumu nəticəsində yüzlərlə dinc sakin həyatını itirib, Qəzzada infrastruktur və əsas səhiyyə xidmətləri demək olar ki, tamamilə dağılma təhlükəsi ilə üzləşib.

4276316

captcha