IQNA

İran Ciddədə Quran xəttatlıq sərgisi açıb

11:26 - April 22, 2025
Xəbər sayı: 3498061
İQNA - İranın Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş Konsulluğu tərəfindən Quran xəttatlığı və ərəb şeiri sərgisi açılıb.

“Səbk” saytının verdiyi məlumata görə, sərgi, Xarici İşlər Nazirliyinin Məkkə bölməsinin baş direktoru Fərid ibn Səəd Əl-Şəhri və Səudiyyə Ərəbistanı İslam İncəsənət Muzeyləri Mərkəzi ilə əməkdaşlıq çərçivəsində öz qapılarını ziyarətçilərin üzünə açıb.

Açılış mərasimində İranın Ciddədəki baş konsulu Həsən Zərnəgər, ticarət palatasının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Açılış nitqində Zərneqar sərginin adının Qurani-Kərimin “Əl-Qələm” surəsindən ilhamlandığını və “yazmaq və öyrənmək üçün dərin simvollar” olduğunu söylədi.

Beynəlxalq körpülərin qurulmasında incəsənətin rolunu vurğulayan Zərneqar qeyd edib ki, incəsənət sərgiləri xalqlar arasında sülh və dürüstlük mesajlarının çatdırılması vasitəsi ola bilər.

İranın Ciddədəki baş konsulu mədəniyyət və incəsənətin sülh və əməkdaşlıq üçün ən güclü vasitələrdən biri olduğunu bildirib.

O, həmçinin mədəni əməkdaşlığa daha çox sərmayə qoyulmasına çağırıb və bunun ölkələr arasında dostluq əlaqələrini gücləndirəcəyini deyib.

Baş konsul, həmçinin əlavə edib ki, İran və Səudiyyə Ərəbistanı unikal sivilizasiyaya və zəngin mədəniyyətə malikdir.

Zərneqar sonda sərgi iştirakçılarına təşəkkürünü bildirərək, belə tərəfdaşlıqların mədəni birgəyaşayışın və regional anlaşmanın möhkəmləndirilməsində ümumi marağı əks etdirdiyini bildirib.

4277594

captcha