“Antara” Xəbər Agentliyinin verdiyi məlumata görə, Cakartada keçirilən “Halal Expo 2025” sərgisinin açılış mərasimində çıxış edən İndoneziyanın sənaye nazirinin müavini Feysəl Rza ölkənin halal sektorunun böyük potensialına diqqət çəkərək, “Biz halal sənayesinin ekosistemini tam gücləndirməli və təkmilləşdirməliyik. Bu, sadəcə olaraq, strateji məqsəd deyil,” deyib.
İndoneziyanın halal ixrac həcminin artdığını bildirən nazir müavini “Dünya İslam İqtisadiyyatının Durumu 2023/2024” hesabatında İndoneziyanın Malayziya və Səudiyyə Ərəbistanından sonra üçüncü yerə yüksəldiyini bildirib.
Faysal Rza qeyd edib ki, Avstraliya kimi digər ölkələr qlobal halal bazarında güclü mövqe qazanaraq ən böyük halal mal əti tədarükçisinə çevrilib, Çin isə müsəlman geyimlərinin aparıcı təchizatçılarından biridir.
O, həmçinin bildirib ki, bu ölkələr qlobal halal bazarında mövqelərini möhkəmləndirmək üçün strateji brendinq həyata keçiriblər.
Sənaye Nazirliyi yerli halal sektorunun brendinqini gücləndirmək və dünyada aparıcı istehsalçıya çevrilmək məqsədilə 25-28 sentyabr 2025-ci il tarixlərində Banten əyalətinin Tangeranq şəhərində Beynəlxalq İndoneziya Halal Sənaye Sərgisinin keçirilməsini planlaşdırır.
Ötən il İndoneziyada keçirilən Halal Tədbirə 12 mindən çox ziyarətçi qatılıb.
4279162