IQNA

Təl-Əviv və Qüds arasındakı avtomobil yolu yanğın səbəbindən bağlanıb

23:43 - May 03, 2025
Xəbər sayı: 3498120
İQNA - Təl-Əvivi Qüdslə birləşdirən əsas magistral, güclü meşə yanğını səbəbindən bağlanıb. Ən azı 12 nəfər xəstəxanaya aparılıb və səma boz olub.

“Əl-Aləm” saytının verdiyi məlumata görə, sionist qəzeti işğal olunmuş ərazilərdə yanğınların Qüds yaxınlığındakı Letron bölgəsində yenidən başladığını elan edib.

Xəbərə görə, yanğını söndürmək üçün dərhal hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

Eştaol meşəsində başlayan yanğının 11 min 700 hektar əraziyə təsir etdiyi, hardasa, bütün Kanada parkının yandığı bildirildi.

Yanğınların yayılmasında isti, quru hava və güclü külək təsirli olur. Yanğının səbəbi hələlik məlum deyil.

Yayımlanan görüntülərdə insanların Qüds və Təl-Əviv arasındakı əsas yolda maşınlarını ataraq dumanlı təpələrdən keçərək təhlükəsiz ərazilərə qaçdıqları əks olunub.

İsrailin baş naziri fövqəladə vəziyyət elan edib və yanğını nəzarət altına almaq üçün digər ölkələrdən kömək istəyib.

Səlahiyyətlilər ölkə daxilində mövcud olan resursların yanğına nəzarət etmək üçün yetərli olmadığını açıq şəkildə bildirsə də, yardım tələb olunan ölkələrin yanğınsöndürmə təyyarələri və avadanlıqları ilə tezliklə bölgəyə gələcəyi gözlənilir.

İsrail rəsmiləri yanğınsöndürən təyyarələr də daxil olmaqla regional yardımın İtaliya, Xorvatiya və Şimali Makedoniyadan yola düşdüyünü açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyi Yunanıstan, Cənubi Kipr və Bolqarıstandan da yardım istəndiyini bildirib.

4279815

captcha