“Əl Masry Al Youm”-un verdiyi məlumata görə, Misir Kitabxanaları və Milli Arxivləri Baş Təşkilatının rəhbəri, İslam və Kopt tarixi əsərlərinin ustadı Usamə Tələt Misirin “ON” telekanalına müsahibəsində deyib ki, Misirin ən mühüm mədəniyyət mərkəzlərindən biri olan Milli Kitabxana və Arxiv Mərkəzinin tarixi 19-cu əsrin əvvəllərinə və nadir Quran abidələrinə gedib çıxır.
O, həmçinin arxivin 1828-ci ildə yaradıldığını və Misirin İngiltərə və Fransadan sonra milli arxiv mərkəzinə malik üçüncü ölkə olduğunu qeyd edib.
Tələt bildirib ki, keçmişdə nadir Quranlar ənənəvi olaraq böyük məscidlərə, o cümlədən Qahirədəki tarixi Əmr ibn əl-As məscidinə hədiyyə edilirdi. Bu əlyazmalar sonradan qorunmaq üçün Milli Kitabxanaya verilmişdir.
Darul-Qutbda müxtəlif tarixi dövrlərə aid çox nadir, gözəl, bədii və xəttatlıq baxımından fərqli xüsusiyyətlərə malik Quran nüsxələri qorunub saxlanılır.
Bu topluda yer alan ən qədim tarixi Quranlardan biri maral dərisi üzərində erkən kufi xətti ilə yazılmış Osmanın Müshəfi kimi tanınan əlyazmadır.
Tələt Qurani-Kərimin bu nüsxəsinin natamam olduğunu, orijinalın Osman ibn Əffana aid edildiyini, bu qədim nüsxələrdə durğu işarələrinin və sait işarələrinin olmadığını, o dövrün ərəblərinin işarə və saitlərə ehtiyac olmadan ərəb qrafikasını instinktiv şəkildə oxuduqlarını bildirmişdir.
Tələt İmam Cəfər Sadiqə (ə) nisbət verilən 1300 illik Qurana da işarə edib. Hicri 148-ci ilə aid olan əlyazmanın bəziləri onun öz əli ilə yazıldığına inanırlar.
Digər nadir əlyazma isə Məmlüklər dövrünə və Misirdə Qəlavun ailəsinin hakimiyyətinə aid olan “İbn Qəlavun Quran”dır. Tələt onu Misir Milli Kitabxanasında qorunan ən mühüm nüsxələrdən biri kimi xarakterizə etdi.
Kitabxanada olan digər mühüm əsər İrandakı monqol sultanlarından birinin Sultan Nasir Məhəmməd ibn Qəlavuna hədiyyə etdiyi “Kəlçito Quranı” kimi tanınan Qurandır.
Tələt bildirib ki, bu əlyazma 1992-ci ildən bəri Məmlük Quran kolleksiyası ilə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.
Son olaraq Üsamə Tələt əlavə edib ki, hicri 725-ci ilə aid olan bu nadir nüsxə rənglərində və yazılarında heç bir dəyişiklik edilmədən orijinal halında qorunub saxlanılıb və Sultan Nasir Məhəmmədin dövründə olduğu formada sərgilənib.
4280239