“Reuters”in verdiyi məlumata görə, dünyada heç bir müharibənin qaçılmaz olmadığını vurğulayan Papa 14-cü Leo Vatikanın qlobal münaqişələrdə vasitəçilik rolunu öz üzərinə götürməsini təklif edib.
Keçən həftə mərhum Papa Fransiskin yerinə seçilən Leo, papalək vəzifəsinin ilk günlərində dəfələrlə dünyanı sülhə çağırıb.
Papa 14-cü Leo deyib ki, o, Allaha dua edərək dünyaya “sülh möcüzəsi” bəxş etsin. Papa Leo da sələfi Papa Fransiskin mesajını təkrarlayaraq, “Daha müharibə yoxdur!” - deyə səsləndi.
O, Müqəddəs Pyotr meydanında izdiham qarşısında etdiyi ilk çıxışında sülh və əmin-amanlıq mesajları verdi.
O, Ukrayna, Suriya, Livan və İraq kimi müharibə bölgələrindəki Şərqi Katolik kilsələrinin üzvlərinə müraciətində dünya sülhü çağırışını təkrarlayıb.
Leo çıxışında “Kilsə hər zaman düşmən olanları bir araya gətirməyə hazırdır. Müharibə heç vaxt qaçılmaz deyil. Silahlar susdurula bilər və susdurulmalıdır. Çünki silah problemləri həll etmir, sadəcə onları artırır. Tarixi yaradanlar ağrı toxumu səpənlər deyil, sülh elçiləridir” deyib.
4282471