IQNA

Məscidül-Həramda “Həcc və onun tövhidə təsiri” mövzusunda elmi kurs

1:27 - May 25, 2025
Xəbər sayı: 3498245
İQNA - Məscidül-Həram və Məscidün-Nəbinin Ümumi Müdirliyi Məscidül-Haramda “Həcc və onun tövhidə təsiri” mövzusunda elmi kurs təşkil edəcəyini açıqlayıb.

“Səbk” internet saytında yer alan xəbərə görə, bu elmi kurs müddəti Zilqədə ayının 23-də Məscidül-Həramda başlayacaq və Zilhiccə ayının 5-nə qədər davam edəcək.

Bu dövr bir çox həcc mütəxəssislərinin iştirakı ilə keçiriləcək və Kəbə ziyarətçilərinin mənəvi təcrübələrinin zənginləşməsində mühüm rol oynayacaq.

Bu kurs çoxlu sayda zəvvarları İslam bilgisi, dini elmlər və sağlam İslam inancı ilə tanış etmək məqsədi ilə keçiriləcək.

Kursun digər məqsədləri arasında dini biliklərin yayılması və zəvvar olmaq istəyənlərin Həcc mərasiminin müddəaları haqqında məlumatlandırılması daxildir və bu müddət ərzində Məscidül-Həramın alim və şeyxləri də proqramlarda iştirak edəcəklər.

4283840

Teqlər: məscidul-haram ، həcc ، kurs ، tövhid
captcha