IQNA

Ən böyük kampaniyaya Məkkədə start verilib

8:25 - May 31, 2025
Xəbər sayı: 3498277
İQNA - Məscidül-Həramın Dini İşlər İdarəsi Məkkədə Qurani-Kərim və onun tərcümələrini hədiyyə etmək üçün indiyədək ən böyük kampaniyaya başlayıb.

“Səbk” elektron qəzetinin verdiyi məlumata görə, Diyanət İşləri Başçılığının başlatdığı bu kampaniyada Quran, onun tərcümələri, müxtəlif dillərdə dini kitablar və təfsirlər, eləcə də səcdəgahlar, çətirlər, Quran CD-ləri, elmi kitablar, broşürlər və bukletlər qatar vağzallarında və hava limanlarında Məscidül-Hərama gələn zəvvarlara paylanacaq.

Məscidül-Həram və Məscidün-Nəbinin Dini İşlər İdarəsinin rəhbəri Şeyx Əbdürrəhman əs-Sədis mötədillik mesajını dünyaya çatdırmaq üçün çalışdıqlarını və bu istiqamətdə zəvvarlara və ziyarətçilərə xidmətləri artırdıqlarını bildirib.

Bu xidmətlərə Kral Fəhd Qurani-Kərim Çap Kompleksi tərəfindən nəşr olunmuş Qurani-Kərimin beynəlxalq dillərə tərcümə olunmuş nüsxələrinin hədiyyə edilməsi, həmçinin müsəlman həyatının mühüm aspektlərini işıqlandıran Həcc, Ümrə və İslami mötədilliyə dair bələdçilik, məsləhət və maarifləndirici bukletlər daxildir.

4285061

captcha