“Əl-Sur” saytının verdiyi xəbərə görə, Yəmənin baş naziri Əhməd Qalib ər-Rəhvi yay Quran kurslarının bağlanış mərasimində çıxış edib.
Baş nazir bildirib ki, gənclərin və uşaqların asudə vaxtlarını zənginləşdirmək və faydalı keçirmələrini təmin etmək üçün yay Quran kursları və fəaliyyətləri həyata keçirilir.
Builki yay kursu “Elm və Cihad” şüarı ilə təşkil olunub.
Yəmənin baş naziri Quranı bilən nəsillərin mənəvi və fiziki rahatlığının vacibliyinə diqqət çəkərək, “Bu uşaqlar Yəmənin gələcəyini qurmaqdan məsul olan, Qəzzaya və Fələstinə yardım və dəstək verəcək nəsildir” dedi.
Baş nazir həmçinin bəyan edib ki, işğalçı sionist imperialist rejimi bu şəkildə yetişən nəsildən qorxur.
Yəməndə keçirilən yay Quran kursları 40 gün davam edib və 1 milyon 200 min kişi və qız tələbə orada iştirak edib.
Bu kursların məqsədləri tələbələrin asudə vaxtlarını zənginləşdirmək, onların yaradıcılıq və müxtəlif bacarıqlarını inkişaf etdirmək, biliklərə yiyələnmək, müdriklik və məlumatlılığı artırmaq, tələbələri yumşaq müharibə təhlükələrindən və saxta mədəniyyətlərdən qorumaq olub.
4285168