“Əl-Cəzirə” xəbər verir ki, Çili prezidenti Qabriel Buric prezidentliyinin qalan 9 ayında Qəzzaya qarşı müharibədə törətdiyi cinayətlərə görə İsrail rejiminə təzyiqləri artıracağını bildirib.
Çili prezidenti Qabriel Boric Fələstin torpaqlarını qeyri-qanuni zəbt etmiş israilli gəlmələrin məhsullarını qadağan edən qanun layihəsini Konqresə təqdim edəcəyini açıqlayıb.
Çili, ötən çərşənbə günü Qəzzada Fələstin xalqının üzləşdiyi ağır humanitar şəraiti əsas gətirərək hərbi attaşelərini Tel-Əvivdən geri çəkəcəyini açıqlamışdı.
Ölkənin Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, personalın geri çəkilməsi ilə bağlı qərar İsrail hakimiyyətinə çatdırılıb.
Bəyanatda İsrail ordusunun qeyri-mütənasib və məqsədsiz hərbi əməliyyatlara və Fələstin ərazilərinə yardımın çatdırılmasında davam edən maneələrə toxunulub.
Çili İsrailin Qəzzada beynəlxalq humanitar hüququn qəbuledilməz şəkildə pozmasına etiraz olaraq İsraildəki səfirini geri çağırıb.
Boric İspaniya hökumətinin İsrail hökumətinə silah embarqosu tətbiq etmək qərarını dəstəklədiyini bildirib.
Cənubi Amerika qitəsinin qərbində yerləşən Çili ərəb dünyasından kənarda ən çox Fələstin əhalisinə sahibdir.
İsrail rejimi beynəlxalq atəşkəs çağırışlarını rədd edərək, 2023-cü ilin oktyabr ayından Qəzzaya qarşı vəhşicəsinə hücumlarında qadın və uşaqlar da daxil olmaqla 54 mindən çox fələstinlini öldürüb.
İsrail həmçinin mühasirəyə alınan ərazidə mülki insanlara qarşı hərbi cinayətlər törətdiyinə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə üz-üzədir.
4286025