IQNA

Dünya müsəlman alimləri birliyi: “Qəzzada ədalətsizlik aradan qaldırılmalıdır”

11:33 - June 09, 2025
Xəbər sayı: 3498328
İQNA – Dünya müsəlman alimləri birliyi İslam dünyasını Qurban bayramı münasibəti ilə təbrik edərək, İslam dünyası və dünyanı Qəzzada olan haqsızlıqların aradan qaldırılması üçün birləşməyə çağırıb.

“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, Birlik, bəyanatında bayram sevincinə baxmayaraq Qəzza xalqının unudulmadığını və işğalçı rejimin soyqırımdan əlavə xəstəxanadan məktəbə, məsciddən kilsəyə qədər həyatın hər sahəsini hədəf aldığını bildirib.

Qeyd olunub ki, ən ağrılısı sionist rejimin bu vəhşiliyi qarşısında dünyanın susması, beynəlxalq və insan haqları təşkilatlarının fəaliyyətsizliyidir.

Birliyin bəyanatında deyilir ki, İslam dünyasının əsl mənəvi və humanitar məsuliyyəti öz üzərinə götürməsi və təcavüzü dayandırmaq, blokadanı aradan qaldırmaq, yardım keçidlərini dərhal açmaq və günahsız mülki əhalini davam edən qırğınlar bəlasından xilas etmək üçün hərəkətə keçməsinin vaxtı çatıb.

Eləcə də İslam ümmətinə, onun rəhbərlərinə, alimlərinə, mütəfəkkirlərinə, media mənsublarına və ictimaiyyətə birlik və həmrəyliyə çağırış edilib.

Ümumdünya müsəlman alimləri birliyi də birlik və bütövlüyün təmin edilməsi, həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, təhlükəsizlik, azadlıq, ədalət və sülhün sivil modelini təqdim etmək üçün ciddi səylərin göstərilməli olduğunu vurğulayıb.

4286911

captcha