IQNA

İnqilabın Ali Rəhbəri televiziya mesajında:

Silahlı qüvvələr əclaf sionist rejimini biçarə edəcək

2:50 - June 14, 2025
Xəbər sayı: 3498356
İQNA - Həzrət Ayətullah Xamenei gecə televiziya mesajında deyib: “Silahlı qüvvələr qüdrətlə hərəkət edəcək və alçaq sionist rejimini bədbəxt edəcək. Sionist rejim bu cinayətdən zərərsiz xilas olmayacaq. İran xalqını əmin etmək olar ki, bu məsələdə heç bir səhlənkarlıq olmayacaq.

 

“İQNA”-nın Ali Rəhbərin dəftərxanasının informasiya saytına istinadən verdiyi məlumata görə, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei gecə İran xalqına telemüraciətində vurğulayıb: “Şər və alçaq sionist rejim böyük bir səhvə yol verib ki, onun nəticəsi onu bədbəxt edəcək. Böyük İran xalqı əmin ola bilər ki, silahlı qüvvələr onların dəstəyi ilə qüdrətlə hərəkət edəcək və bu rejimə ağır zərbələr endirəcək və bu rejim bu böyük xəbislikdən zərərsiz xilas olmayacaq".

İslam İnqilabının Rəhbəri bu mesajında ​​bir sıra general və alimlər, eləcə də bir qrup mülki şəxsin şəhadəti münasibəti ilə təbrik edərək və başsağlığı verərək, vurğulayıb: “İran milləti öz dəyərli şəhidlərinin qanından keçməyəcək və ölkə səmasına edilən təcavüzə göz yunmayacaq".

Həzrət Ayətullah Xamenei sionist rejimin şər, əclaf və terrorçu kimliyinə qarşı sərt addımların atılmasının zəruriliyi ilə bağlı ölkədəki bütün rəsmilərin, müxtəlif siyasi qrupların və müxtəlif şəxslərin vahid səsinə toxunaraq dedi: “İnşallah, əməli güc və qüdrətlə həyat onlara acı olacaq və onlara rəhm edilməyəcək”.

İslam İnqilabının Rəhbəri əlavə edib: “Onlar elə bilməsinlər ki, vurdular və bununla da bitdi. Onlar müharibəyə başladılar və biz onlara bu böyük cinayətdən yaxa qurtarmağa imkan verməyəcəyik”.

İslam İnqilabının Rəhbəri silahlı qüvvələrin mütləq sionist rejimə ağır zərbələr endirəcəyini vurğulayaraq dedi: “İran xalqı və rəsmiləri silahlı qüvvələrə dəstək verirlər və İslam Cümhuriyyəti Allahın izni ilə sionist rejimə qalib gələcək”.

Ayətullah Xamenei mesajının sonunda İran xalqına vurğuladı ki, “əmin olun ki, bu mövzuda heç bir səhlənkarlıq olmayacaq”.

4288431

captcha