“Əl-Qüds Əl-Ərəbi” internet saytının məlumatına görə, sionist rejimin Ayətullah Seyid Əli Xameneini hədəfə alacağı təhdidinə gəlincə, Kremlin sözçüsü Dmitri Peskov cümə günü mətbuata açıqlamasında deyib: “Rusiya İran İslam Respublikası liderinin öldürülməsinə son dərəcə mənfi baxır və bu məsələdə heç vaxt razılaşmayacaq”.
Kremlin sözçüsü əlavə edib: “İranda rejim dəyişikliyi ağlasığmazdır. Kiminsə bu barədə danışması qəbuledilməzdir”.
O, həmçinin tərəflər arasında münaqişənin yayılmasının vəziyyəti daha da təhlükəli edəcəyi barədə xəbərdarlıq edərək, vəziyyətin çox gərgin və təkcə region üçün deyil, həm də dünya üçün təhlükəli olduğunu bildirib.
4289674