IQNA

Pakistanlı millət vəkilləri İrana dəstəklərini ifadə etdilər

10:40 - June 25, 2025
Xəbər sayı: 3498411
İQNA – Pakistan millət vəkilləri Amerika-Sionist təcavüzünə qarşı İran İslam Respublikasına və İslam İnqilabı Rəhbərinə tam dəstəklərini bəyan ediblər.

Pakistan Today saytının xəbərinə görə, Pakistan parlamenti bazar ertəsi günü İrana və İslam İnqilabı Rəhbəri Ayətullah Seyyid Əli Xameneiyə tam dəstəyini elan edib.

Pakistan Müsəlman Birliyi Partiyası və Xalq Partiyasının da daxil olduğu müxtəlif partiyaların nümayəndələri İslamabaddakı Pakistan Milli Məclisində İslam İnqilabı Rəhbərinin şəkillərini daşıyıblar.

Partiya liderləri İran İslam Respublikasına dəstəklərini bildirərək, ABŞ və İsrail rejiminin İrana qarşı hərəkətlərinə sərt şəkildə etiraz etdiklərini açıqlayıblar.

Bundan əlavə, İmran Xana bağlı Təhriq-i İnsaf Partiyasının üzvləri İran xalqı və dövləti ilə həmrəyliklərini göstərmək məqsədilə “Amerikaya ölüm” və “İsrailə ölüm” sözləri yazılmış plakatlar açıblar.

4290374

captcha