IQNA

İran Prezidenti Məsud Pezeşkian Oman Sultanı ilə görüşüb

10:59 - June 25, 2025
Xəbər sayı: 3498415
İQNA – İran Prezidenti Məsud Pezeşkian Oman Sultanı ilə telefon danışığında deyib: “İran bütün qonşu və region ölkələrini, eləcə də İslam ölkələrini öz qardaşı kimi görür və heç bir halda onlarla qarşı-qarşıya gəlməyib və gəlmək fikrində deyil.”

Prezident Aparatının məlumat mərkəzinin yaydığı xəbərə görə, Oman Sultanı Heysəm bin Tariq ilə telefon danışığı çərşənbə axşamı günü baş tutub.

Pezeşkian bildirib ki, İsrailin son hücumunda ABŞ-nin birbaşa müdaxiləsi İranı cavab verməyə məcbur edib.

Prezident əlavə edib: “İçimizdən gəlməsə də, bu hücuma cavab verməyə məcbur qaldıq. Bu məsələni Qətər Əmiri Şeyx Təmim ilə apardığımız görüşdə də açıq şəkildə bölüşdük və üzrümüzü çatdırdıq.”

İranın heç bir İslam və ya qonşu ölkəyə qarşı düşmənçilik niyyəti olmadığını vurğulayan Pezeşkian deyib: “Oman xalqının və rəhbərliyinin İranın haqlarını müdafiə etməkdə göstərdiyi dəstəyi heç vaxt unutmayacağıq.”

Görüşdə həmçinin qeyd olunub ki, İslam ölkələrini bir-birinə qarşı qoymaq cəhdləri ABŞ və sionist rejimin bir hiyləsidir. Pezeşkian deyib: “Region ölkələrinin liderlərinin sağlam düşüncəsi ilə bu fitnənin həyata keçməyəcəyinə və birlikdə müharibə və qarşıdurmalardan uzaq, inkişaf, əmin-amanlıq və sülh dolu bir bölgə qura biləcəyimizə inanıram.”

Oman Sultanı da bildirib ki, İranın Qətərə hücum etmək niyyətində olmadığının fərqindədirlər və əlavə edib: “Qardaşımız Şeyx Təmim də bu vəziyyəti çox yaxşı anlayır. Oman və regiondakı digər qardaş ölkələr İran xalqının haqlarını müdafiə etmək istiqamətində göstərdiyiniz səyləri dəstəkləyir.”

4290642

captcha