Məhərrəm ayının başlanması ilə birlikdə diqqətlər Aşura gününə yönəlir.
Aşura günü, hicri təqvimin ilk ayı olan Məhərrəm ayının onuncu günüdür. Aşura, İslam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) nəvəsi İmam Hüseynin (ə.s) Yezidin ordusu tərəfindən Kərbəlada şəhid edildiyi gündür.
Bu il Aşura günü 6 iyul 2025-ci il Bazar gününə düşür.
Şiə müsəlmanları üçün Aşura Günü, xüsusilə Hüseyn ibn Əlinin (ə) Kərbəla döyüşündə şəhid edilməsi ilə bağlıdır. Bu hadisə şiə inancında böyük bir matəm günü olaraq qəbul edilir və bu səbəblə Aşura günündə müxtəlif matəm mərasimləri təşkil olunur.
Kərbəla hadisəsi İraq ərazisində yerləşən Kərbəla şəhərində baş vermiş, olduqca acı və xaincəsinə hazırlanmış bir plan olmuşdur. Bu hadisədə Həzrət Məhəmmədin (s) nəvəsi Həzrət İmam Hüseyn (ə) və onunla birlikdə 72 nəfər yoldaşı şəhid edilmişdir. Kərbəla hadisəsi İslam aləmində bir dönüş nöqtəsi olmuşdur. Müsəlman xalq bu hadisəni anmaq və şəhidləri yad etmək üçün hər il Məhərrəm ayında anım mərasimləri təşkil edir. Matəm ayı kimi tanınan bu hadisənin tarixi miladi ilə 10 oktyabr 680-ci ildir.
Mənbə: MEHR Xəbər Agentliyi