IQNA

Hindistanın Baş nazirinin Aşura günü münasibətilə mesajı

11:02 - July 07, 2025
Xəbər sayı: 3498480
İQNA - Hindistanın Baş naziri Narendra Modi, Aşura günü və İmam Hüseynin (ə) şəhadəti münasibətilə paylaşdığı mesajında yazıb: İmam Hüseynin (ə) fədakarlığı, həqiqəti müdafiə etmək və zülmə qarşı mübarizə aparmaqda insanlara ilham qaynağı olub.

“İQNA”, “əl-Məlumə” xəbər saytına iatinadən xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi Aşura günü xəbər verir ki, münasibətilə Həzrət İmam Hüseynin (ə) fədakarlıqlarını yad edərək sosial şəbəkə platforması "X"-də belə yazıb:

“Bu gün İmam Hüseynin (ə) fədakarlıqlarını yad etmək günüdür. O, ədalətə sarsılmaz bağlılığı və zülmə qarşı mübarizəsi ilə nümunə olmuşdur. O həmçinin bərabərlik və qardaşlığa böyük önəm verirdi.”

O, mesajında vurğulayıb ki, İmam Hüseyn (ə) doğru yolda möhkəm dayanmaqla insanlara çətinliklər qarşısında həqiqəti müdafiə etməyə ilham vermişdir.

Hindistanda təxminən 200 milyon müsəlman yaşayır. Bu baxımdan Hindistan, İndoneziya və Pakistandan sonra dünyada üçüncü ən böyük müsəlman əhaliyə malik ölkə sayılır. Bu müsəlmanlar Hindistan əhalisinin təxminən 14 faizini təşkil edirlər və ölkənin müxtəlif bölgələrində yaşayırlar. Lakin Uttar Pradeş, Bihar, Qərbi Benqal, Assam və Kəşmir ştatlarında onların sayı daha çoxdur.

Hindistanlı müsəlmanlar ölkənin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatında mühüm rol oynamışlar və onların varlığı bu ölkənin dini müxtəlifliyinin əsas sütunlarından biridir. Bu müsəlmanların təxminən 10-15 faizi şiədir. Sayca azlıq təşkil etsələr də, Ləkhnau, Heydərabad, Kəşmir və Bombey kimi şəhərlərdə mədəni və dini baxımdan fəal və güclü icmalara sahibdirlər.

4292861

Teqlər: hindistan ، aşura ، Modi ، imam hüseyn
captcha