IQNA

İmam Hüseynin (ə) Şami-Qəriban matəm mərasimi İmam Xomeyni (r.ə) Hüseyniyəsində keçirildi

11:08 - July 07, 2025
Xəbər sayı: 3498483
İQNA - İmam Hüseynin (ə) və onun sədaqətli səhabələrinin Şami-Qəriban mərasimi (bazar günü axşamı) İmam Xomeyni (r.ə) Hüseyniyəsində Əhli-Beyt (ə) tərəfdarlarının iştirakı ilə keçirildi.

“İQNA”-nın xəbərinə görə, bu barədə Ali Rəhbərin rəsmi saytına istinadən bildirilib ki, İmam Hüseynin (ə) və onun sədaqətli dostlarının Şami-Qəriban mərasimi İmam Xomeyni (r.ə) Hüseyniyəsində Əhli-Beyt (ə) tərəfdarlarının iştirakı ilə keçirilib.

Mərasimdə Höccətül-islam Nasir Rəfii çıxış edərək, İmam Hüseynin (ə) kəlamlarına istinadla Aşura hadisəsinin yaranma səbəblərini izah edib və deyib: “Cəmiyyətdə bidətlərin yayılması”, “dinin zəifləməsi və nüfuzunu itirməsi”, “haqqa əməl olunmaması”, “xüsusi şəxslərin susqunluğu” və “Allahdan və zəfərdən ümidsizlik” İmam Hüseynin (ə) xəbərdarlıqlarıdır ki, əgər bunlara ciddi yanaşılsaydı, o dövrün İslam cəmiyyəti Kərbəla hadisəsinə çatmazdı.

Həmçinin mərasimdə iştirak edən izdiham Əhli-beytin (ə) matəminə görə Səid Həddadiyanın mərsiyəxanlığı ilə əzadarlıq ediblər.

4292928

captcha