IQNA

Tulkərəm düşərgəsindəki məscidin dağıdılması sionistlərin yeni cinayəti

1:06 - July 15, 2025
Xəbər sayı: 3498529
İQNA - Sionist ordusu İordan çayının qərb sahilində yerləşən Tulkərəm şəhərinin şərqindəki Nur Şəms düşərgəsindəki məscidlərdən birinə hücum edərək, bu ibadətgahda olan əşyaları və dini nişanələri dağıdıb.

 

“RT”-nin verdiyi xəbərə görə, sionistlərin bu hücumu ilə bağlı yayılan video, rejim ordusunun bu ibadət yerinə qarşı vəhşicəsinə hücumunun nəticəsində məscidin çox böyük dərəcədə dağıldığını göstərir.

Qəzza müharibəsi başladıqdan bəri sionist hərbçilər yüzlərlə məscidi dağıdıblar və bu bölgədəki əksər məscidlər ciddi ziyan görüb.

Təkcə bir halda, Qəzzanın mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində bir məscidə edilən hava hücumu nəticəsində azı 20 nəfər şəhid olub və 100-ə yaxın insan yaralanıb. Sionist rejimin ordusu bu hücumu təsdiqləyərək, Həmasın həmin məsciddən və ona yaxın məktəbdən komanda məntəqəsi kimi istifadə etdiyini iddia edib.

kod

4294284

captcha