IQNA

“İranın İzzəti və Qüdrəti; raketlərdən daha artıq bir mesaj” adlı beynəlxalq vebinar “İQNA”-da keçiriləcək

1:46 - July 16, 2025
Xəbər sayı: 3498537
İQNA - “İranın İzzəti və Qüdrəti; Raketlərdən Daha Artıq bir Mesaj” adlı beynəlxalq vebinar, Cihad Universiteti rəhbərinin və dünyanın müxtəlif universitetlərindən olan bir sıra ustadların iştirakı ilə Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) tərəfindən təşkil olunur.

“İQNA”-nın verdiyi məlumata görə, bu vebinar, İsrail və ABŞ tərəfindən İrana qarşı aparılan 12 günlük müharibədən sonra keçirilir.

Bu vebinarda aşağıdakı mövzular müzakirə olunacaq:

“Beynəlxalq hüquq sistemində İranın qanuni müdafiə haqqı”,

“Sadiq Vəd 3 əməliyyatı və regionun strateji tənliklərindəki dəyişikliklər”,

“Alimlərin terroru; İranın məzlumluq sənədi və beynəlxalq hüququn pozulması”.

Vebinarda Cihad Universitetinin rəhbəri və ustadı Əli Müntəziri “İQNA”-nın Mubin studiyasında əsas qonaq olaraq iştirak edəcək. Həmçinin tədbir onlayn şəkildə dünyanın müxtəlif ölkələrindən professor və təhlilçilərin iştirakı ilə keçiriləcək.

Aşağıdakı şəxslər öz çıxışlarını edəcəklər:

Livan Universitetinin ustad Talal Ətrisi,

Malayziya İslam Beynəlxalq Universitetinin siyasi elmlər üzrə ustad Daniel Yusif,

İndoneziyanın Padjadjaran Universitetinin beynəlxalq münasibətlər üzrə ustad Dina Süleyman,

Fələstinli təhlilçi İyad Əbu Nasir.

Vebinarın canlı yayımı www.aparat.com/iqnanews/live ünvanında təqdim olunacaq və çıxışların mətnləri “İQNA” saytında dərc ediləcək.

4294518

Teqlər: iran ، vebinar ، universitet ، quran
captcha