“İQNA” xəbər verir ki, sərginin builki mövzusu “Həzrət Zeynəbin (s) mətinliyi” olub. Bu xanım, aşura hərəkatının nəqledicisi və səbir, cəsarət və bəsirət rəmzi olan bir xanım.
Bu sərgi müxtəlif bölmələrdən ibarət idi və teatr sənəti ilə vizual təsvirlərin birləşməsindən hazırlanmışdı; o cümlədən Həzrət Zeynəbin (s) müsibətlərinin canlandırılması, Kərbəla hadisələrinin təqlidi, Yezidin məclisi və Şam bazarının səhnələri, eləcə də mənəvi düşüncə və təfəkkür üçün xüsusi bir məkan.
Sərginin sonunda Həzrət Zeynəbin (s) hərəmi, Beynül-hərəmeyn və İmam Hüseynin (ə) müqəddəs hərəminin gözəl və sənətkarlıqla hazırlanmış maketləri nümayiş olunurdu ki, bu mənəvi karvanın ziyarətçiləri qəlblərini Kərbəlaya yönəldib, istəklərini o böyüklərə təvəssül etməklə dilə gətirsinlər.
Bu sərgi 2025-ci il, cümə axşamı 17 iyul tarixində açılmış və ayın 21-nə bazar ertəsinə qədər davam edib.
Tanzaniyada İran İslam Respublikasının mədəniyyət müşaviri Möhsün Məarifi sərgi ilə tanış olduqdan sonra onu sənətkarcasına, məsuliyyətli və olduqca təsirli bir fəaliyyət kimi dəyərləndirib. O, sərginin gözəl dizaynını və “Həzrət Zeynəbin (s) mətinliyi” mövzusunun ağıllıca seçilməsini təqdir edərək deyib: “Bu gün dünyada media və rəvayətlər ictimai rəyə təsir etməkdə əsas rol oynayır. Biz indiki dövrdə hər zamankindən daha çox Həzrət Zeynəbdən (s) nümunə götürməyə ehtiyac duyuruq – O xanım ki, böyük rəvayətçilik gücü ilə Aşura mesajını dünyaya çatdırdı və imkan vermədi ki, güc sahiblərinin yalanları həqiqəti təhrif edib öz murdar məqsədlərinə çatsınlar.”