IQNA

Mançester məscidinin İslamla bağlı dezinformasiyaya qarşı mübarizəsi

22:16 - July 29, 2025
Xəbər sayı: 3498611
İQNA - Cənubi Mançesterdə yerləşən bir məscid, bir iş elanı yayımlandıqdan sonra internetdə yayılan yanlış məlumatlar və ifrat sağçılardan gələn tənqid dalğasına qarşı çıxıb.

“İQNA”-nın Five Pillars saytına istinadən verdiyi xəbərə görə, Britaniya hökumətinin “Find a Job” saytında yayımlanan bu iş elanı, Mançester İslam Mərkəzinə (MIC) — digər adı ilə Didsbury məscidinə — aid olub. Elana əsasən, bu inzibati iş üçün illik 23,500 funt sterlinq maaş təklif olunurdu.

İfrat sağçılar bu elana istinad edərək iddia ediblər ki, Britaniya paralel bir hüquq sistemini dəstəkləyir. Britaniya İslahat Partiyasının lideri Naycel Farac “X” sosial şəbəkəsində paylaşdığı yazıda bildirib: “Ölkəmiz və onun dəyərləri məhv olmaq üzrədir.”

Buna cavab olaraq, Didsbury məscidi bir bəyanat yayaraq bu hücumları kəskin şəkildə qınayıb. Məscid bildirib ki, ifrat sağçılar bilərəkdən ictimaiyyəti çaşdıran yanlış məlumatlar yayıblar və bu yolla siyasi məqsədlərlə nifrəti alovlandırmağa çalışıblar.

Məscid izah edib ki, bu iş yeri dövlət tərəfindən maliyyələşdirilməyib, ictimai vəsaitlə maliyyələşən və bir xeyriyyə təşkilatı tərəfindən təqdim edilən bir işdir. Bəyanatda qeyd olunub: “Britaniyanın Əmək və Pensiya Departamenti (DWP) insanlara iş tapmaqda kömək etmək üçün müxtəlif vakansiyalar yayımlayır. Bu da inzibati bir vəzifədir və hər kəs müraciət edə bilər.”

Bəyanatda vurğulanıb ki, məscid Britaniya qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir və heç bir paralel hüquq sistemini təşviq etmir.

Məscid əlavə edib ki, Mançester Şəriət Şurası yalnız mülki vasitəçilik və dini məsləhətlər təqdim edir, hüquqi qərarlar vermir. Bəyanatda bildirilib ki, “şəriət qanunu” ifadəsi yanlış yönləndiricidir. 1996-cı il Arbitraj Qanununa əsasən, Britaniya vətəndaşları, milli qanunlara uyğun olmaq şərtilə, qarşılıqlı razılığa əsaslanan üçüncü tərəf vasitəsilə mülki mübahisələri həll edə bilərlər.

Məscid həmçinin sosial şəbəkələrdə yayılan, məsələn, qeyri-müsəlmanlara vergi tətbiq olunacağı ilə bağlı yalan iddialara da münasibət bildirib. Mançester məscidi bu paylaşımları “yanlış, təhrikedici və yad düşmənçiliyini təşviq edən” kimi xarakterizə edib və belə məzmunların polisə bildirildiyini açıqlayıb.

Məscid eyni zamanda gələcəkdə bu kimi anlaşılmazlıqların qarşısını almaq üçün elan mətnində düzəliş ediləcəyini bəyan edib.

4297000

Teqlər: məscid ، mançester ، ingiltərə ، İslam
captcha