“İQNA”-nın “Əl-Kəfil” saytına istinadla verdiyi xəbərə görə, bu süfrə Həzrət Rüqəyyə (s) xidmətinə dair Beynəlxalq Cəmiyyət tərəfindən, Əbəlfəzl (ə) hərəminin Bəynül-hərəmeyn İdarəsi ilə koordinasiya çərçivəsində təşkil edilib.
Bəynül-hərəmeyn İdarəsinin rəhbəri Hüsam Hüseyn bildirib: “Artıq onuncu ildir ki, Həzrət Rüqəyyə (s) şəhadətinin ildönümündə bu süfrə təşkil olunur. Bu mərasim Həzrət Abbas (ə) hərəminin rəhbərliyinin nəzarəti və dəstəyi ilə baş tutur. Biz də Bəynül-hərəmeyndəki mərkəzi meydanda bu süfrənin açılması üçün hazırlıqlar görmüşük".
O əlavə edib: “Tədbir üçün xüsusi hazırlıqlar görülmüşdü. Bura Bəynül-hərəmeynin təmizlənməsi, xalçaların sərilməsi, dumanlandırıcı cihazlar, ventilyatorlar və soyuducuların quraşdırılması, səs sisteminin tam şəkildə təchiz olunması daxil idi”.
Tədbir iştirakçılarından biri olan Əli Məhəmməd Abdullah isə deyib: “Bu süfrə öz növündə ən böyüyüdür və hər il Həzrət Rüqəyyə (s) şəhadətinin ildönümü səfər ayının beşində təşkil olunur”.
O qeyd edib: “Müqəddəs Kərbəla şəhəri, Həzrət Rüqəyyənin (s) şəhadətinin ildönümü ilə bağlı əzadarlıq mərasimi keçirilən dünya üzrə 700 şəhərdən biridir".
Bu mərasimə müxtəlif proqramlar daxil olub. Belə ki, bəzi qiraətçilər, şairlər və məddahların iştirakı ilə bu ağrılı müsibətlə bağlı mərsiyələr oxunub. Həmçinin Həzrət Rüqəyyə (s) həyatını əks etdirən teatr tamaşası da nümayiş etdirilib.
4297358