IQNA

Toronto Universitetində “Quran və Şiə İslamı” konfransı keçiriləcək

11:56 - August 26, 2025
Xəbər sayı: 3498754
İQNA - “Quran və Şiə İslamı: Mətnlər, Tədqiqatlar, İrs” adlı konfrans Şiə Araşdırmaları İnstitutu (SRI) və Toronto Universitetinin İslam Araşdırmaları İnstitutu ilə birgə 2025-ci il avqustun 25–26-da Kanadanın Toronto şəhərində, Cekman Humanitar Elmlər binasında əyani və onlayn şəkildə keçiriləcək.

“İQNA”-nın xəbərinə görə, bu konfransın məqsədi tədqiqatçılar üçün şiələrin Qurana yanaşmalarının müxtəlif tərəflərini araşdırmaq, həmçinin şiə alimlərinin zəngin və çoxşaxəli Quran tədqiqatlarına töhfələrini müzakirə etməkdir.

Proqram aşağıdakı kimidir:

Birinci gün – Bazar ertəsi, 25 avqust

Panel 1: Kök və əsaslar (saat 9:30 – yerli vaxtla)

Sara Əziz (Sarah Aziz): Döyüş meydanında hərmenevtika – Əli ibn Əbi Talib (ə) və Quran Siffeyndə (əyani)

Əhməd Kərimi (Ahmad Karimi): Nəhcül-bəlağədə İmam Əlinin (ə) təfsir prinsipləri (onlayn)

Sarə Tənafərd və Zəhra Qasımnejad (Sareh Tanafard & Zahra Ghasemnejad): Şiə təfsirlərinin təqdimatı və onların tarixi-tipoloji inkişafının izlənməsi (onlayn)

Seyid Məhəmmədhadi Gərami (S. M. Hadi Gerami): İlk dövr şiələrinin Quranla münasibəti – fərqli qiraətlər və təhrif diskursu arasında (onlayn)

Seyid Zeydi (Syed Zaidi): Quran haqqında İxvan əs-Səfanın yanaşması – “Nücum risaləsi”ndə (əyani)

Panel 2: Peyğəmbərlər, İmamlar və Quran (saat 11:25)

Əhab Bdəvi (Ahab Bdaiwi): Putpərəstlik və ulduz dini – İbrahimin Quranda tövhidə gedən yolu (əyani)

Səccad Rizvi (Sajjad Rizvi): Şiə təfsirində Quran və imamların yaxınlığı (əyani)

Rendi Ramal (Randy Ramal): Dürzi hikmət risalələrində Quran (əyani)

Skott Lukas (Scott C. Lucas): Böyük Zeydi imamlarından birinin Quran təfsiri (onlayn)

Panel 3: Zahid və batin (saat 14:15)

Həlim Çalis (Halim Calis): Quran mənalarının qatları – “Quranın dörd üzü” hədisinin imamiyyə təfsirləri (əyani)

Orxan Mir-Qasımov (Orkhan Mir-Kasimov): Monqol sonrası mistik və məshiyəçi qruplar şiə Quran yanaşmalarını davam etdirdimi? (əyani)

Məhəmmədəmin Mənsuri (Mohammad Amin Mansouri): Kainatı oxumaq, Quranı oxumaq – Seyid Heydər Amuli və təvil təlimi (əyani)

Metyu Terye (Mathieu Terrier): İmamiyyə şiə hərmenevtikası bir yolayrıcında (əyani)

İkinci gün – Çərşənbə axşamı, 26 avqust

Panel 4: Şiəlik və sünnilik (saat 9:45)

Fares Jilon (Fârès Gillon): “Buyelilərdən əvvəlki təfsir məktəbi” və onun nüsəyrilər və ismaililər üzərində mirası (əyani)

Xalid Sindavi (Khalid Sindawi): Ölüm ağlayır, Quran danışır – İmam Hüseynin kəsilmiş başının ayə oxuması (onlayn)

Yasmin Amin (Yasmin Amin): Yalanlar haqqında yalanlar? İfk hadisəsi – Ayişə və Mariyə Qibtiyyə arasında (onlayn)

Artur Şekter (Arthur Schechter): İlahi imam – məxluq olmayan Quran kimi (onlayn)

Hüseyn Abdussatər (Hussein Abdulsater): Qələbə vədləri – şiə təfsirlərində (onlayn)

Reyçel Fridman (Rachel Friedman): “Kəşfül-əsrar” və şiə-sünni hərmenevtik inkişaf qarşılıqlı təsiri (əyani)

Sədiqə Kərdan (Seddigheh Kardan): Şəhrestaninin Quran təfsirində gizli şiə axını (əyani)

Panel 5: Səfəvi dönüşü (saat 13:00)

Yusif Ünal (Yusuf Ünal): Qızılbaş-Ələvi sufi əxlaqında Quran hərmenevtikası (əyani)

Liyakat Təqim (Liyakat Takim): Məhəmməd Məhəssin Feyz Kaşaninin təfsiri (əyani)

Məryəm Mövəzən (Maryam Moazzen): Qurana sünnət vasitəsilə yanaşma – Feyz Kaşaninin təfsir metodologiyası (əyani)

Seyid Nizaməddin Əhməd (Saiyad Nizamuddin Ahmad): Hikməti Mütaliyyənin Qurani əsasları (əyani)

Panel 6: Müasir dövrdə dəyişikliklər və ayinlər (saat 15:00)

Seyid Məhəmməd Rizvi (Syed Muhammad Rizvi): Əllamə Təbatəbainin “Əl-Mizan” təfsirində hədisdən istifadəsi (əyani)

Həsən Duaqo (Hasan Doagoo): Əbədi cəza və ilahi ədalət – “Əl-Mizan”dan şiə baxışı (əyani)

Zeynəb Vəsal (Zeinab Vessal): Bayraqlar üzərində ayələr – metal nişanələrin üzərində Quran yazıları (onlayn)

4301546

Teqlər: toronto ، universitet ، quran ، şiə ، konfrans
captcha