“Muslimun Həvləl-Aləm” saytının məlumatına görə, Ələddin İslam Orta Məktəbi bu möhtəşəm müsabiqəni qəbul edib və müxtəlif bölgələrdən təxminən 100 uşaq final mərhələsində iştirak edib. Yarış İslam Şurasının gənclər və qadınlar şöbələrinin nəzarəti altında keçirilib.
Müsabiqənin yekun nəticələrinə əsasən, Draqaş şəhərinin şagirdləri birinci yerə, Prizrenin şagirdləri ikinci yerə, Budvanın şagirdləri isə üçüncü yerə layiq görülüblər.
Bu yarışma müsbət rəqabət mühitində, İslam dəyərlərini aşılamq və gənc nəslin elmini artırmaq məqsədilə təşkil olunub.
Müsabiqədə şagirdlər dini təhsilin əsasını təşkil edən dörd mövzu üzrə imtahan olunublar: Qurani-Kərimin hifzi və tilavəti, İslamın prinsipləri, fiqh, sirə və İslam tarixi. Bu müxtəliflik, dini biliyi tarixi şüurla birləşdirən balanslı şəxsiyyət formalaşdırmağa yönəlmiş tədris yanaşmasının əhatəliliyini əks etdirir.
Kosovo İslam Mərkəzi isə məscid məktəblərində dini təhsili öz prioritetlərinin başında tutur. Çünki bu, dininə və mədəniyyətinə bağlı bir nəslin tərbiyəsi üçün əsasdır və həmin nəsil özünəinam və möhkəm biliklərlə dövrün çağırışları ilə üzləşə bilir.
4301657