“İQNA”-nın “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə vitse-prezidenti Cövdət Yılmaz sionist rejimin Qəzzadakı cnayətlərinə işarə edərək deyib:
“Kərbəlada baş verənlər bu gün Qəzzada təkrarlanır; günahsız insanlar aclıq və susuzluqla qətlə yetirilir və soyqırım baş verir. Biz necə ki, keçmişdə Kərbəlanın məzlumlarının yanında olmuşuq, bu gün də Qəzza xalqının yanında olmalıyıq”.
Yılmaz Ankarada ələvi dini rəhbərləri və cem evlərinin başçıları ilə keçirilən məsləhətləşmə toplantısında bildirib ki, dövlət Əhli-beyt (ə) məhəbbəti, milli birlik və fərqliliklərə hörmət kimi ortaq dəyərlərə sadiqdir.
O, qeyd edib: “Heç bir vətəndaş inancı və ya kimliyinə görə kənarlaşdırılmayacaq və hamı bərabərdir”.
Türkiyə vitse-prezidenti terrorun sona çatma prosesinə də toxunaraq vurğulayıb: “Terror demokratiyanın və inkişafın düşmənidir və Türkiyə terrordan azad olduqdan sonra daha təhlükəsiz və sabit bir bölgə yaradacaq”.
4302223