“Əl-Qüds əl-Ərəbiyyə”yə istinadən verilən xəbərə görə, Həmas vurğulayıb: “İşğalçı ordunun Qəzzə zolağında törətdiyi cinayətlər soyqırım, etnik təmizləmə və məcburi köçürmə hərəkətləri hesab olunur”.
Həmas əlavə edib: “Biz razılaşmaya çatmaq üçün hər cür səyi nümayiş etdirmişik, lakin müharibə cinayətkarı Netanyahu vasitəçilərin səylərini pozmaqda israrlıdır”.
Həmas sözünə belə davam edib: “700 gün keçdi və dünya səsli və görüntülü şəkildə müasir tarixdə ən dəhşətli soyqırıma şahidlik edir”.
İslam Müqavimət Hərəkatı bəyan edib: “ABŞ, siyasi və hərbi dəstəyi ilə sionist terrorçu rejimin Qəzzə zolağında soyqırımını davam etdirməsinin məsuliyyətini daşıyır”.
Həmas vurğulayıb: “Cinayətkar Netanyahu vasitəçilərin səylərini pozmaq və nəticəsiz qoymaqda israrlıdır, halbuki biz təcavüzün dayandırılmasına səbəb olacaq razılaşmaya çatmaq üçün səy göstərmişik”.
Bəyanatda deyilir: “Təcavüzü, dağıdıcı müharibəni və aclığı pisləyən bəyanatlar artıq kifayət deyil; işğalçıların qarşısını almaq üçün cəza tədbirləri və praktiki addımlar atılmalıdır”.
Həmas sonda vurğulayıb: “Biz beynəlxalq ictimaiyyəti, ərəb və İslam ölkələrini, BMT-ni və xüsusilə də BMT Təhlükəsizlik Şurasını Fələstin xalqı və onların soyqırımı qarşısında öz məsuliyyətlərini yerinə yetirməyə çağırırıq. Bu qurumlar işğalçı faşist rejimini cilovlamaq, onun cinayətlərini dayandırmaq və bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə cavabdeh etmək istiqamətində rol oynamalıdır.”
4303442