“İQNA”-nın “Əl-Məsirə”-yə istinadən verdiyi məlumata görə, Hizam əl-Əsad (Ənsarullahın yüksək səviyyəli üzvü) X platformasında yazıb: “Həqiqi qisas hələ başlanmayıb və sizin qarşılaşacağınız şeylər çox daha ağır olacaq.”
Müvafiq xəbərlərə görə, Yəməndən atılan dron Ramon hava limanına endirilib və səkkiz nəfəri yaralayıb.
Bundan əvvəl Yəmənin Ali Siyasi Şurasının sədri Məhdi əl-Mişat, “Dəyişiklik və Milli Yenidənqurma” hökumətinin baş nazirinin şəhid ediləcəyinə işarə edərək İsrail rejiminə deyib: “Bizim qisasımız qaçılmaz və təxirə salınmazdır, qara günlər sizi gözləyir, bu sizin xəyanətli və dəhşətli hərəkətlərinizin nəticəsi olacaq.”
O əlavə edib: “Biz bütün dünya xalqını İsrail rejiminə məxsus aktivlər və müəssisələrlə hər hansı bir əlaqədən çəkinməyə çağırırıq və məskunlaşmış sakinlərin öz ölkələrinə geri qayıtması üçün hələ vaxt var. Xarici şirkətlərə xəbərdarlıq edirik ki, gec olmadan oradan çıxsınlar, çünki əgər yəmənli şəhidlərin qanının tökülməsi baş verərsə, bu qan bir imperiyanın taxtını devirmək gücündədir, zəif və dağılmağa məhkum bir rejimi necə xilas etsin ki. Bizim hökumətimizin milli və böyük səviyyəli şəxsiyyətlərinin qanı düşmənin mövcudluğunu sarsıda biləcək qədər məqbul və ağırdır.”
Həmçinin Ənsarullahın siyasi ofisinin üzvü Məhəmməd əl-Fərəh bildirib: “Yəmən hökumət üzvlərinin hədəfə alınması bütün beynəlxalq qanunların və diplomatik ənənələrin açıq pozuntusudur. Baş verənlər hərbi yox, xalq hökumətinin hədəfə alınmasıdır.”
Ənsarullah ötən şənbə günü bəyan etmişdi ki, Əhməd Qalib ər-Rəhavi (Yəmən hökumətinin baş naziri) keçən cümə günü İsrail rejiminin Səna şəhərinin müxtəlif bölgələrinə etdiyi hücumlar zamanı şəhid edilib. Bəyanata görə, ər-Rəhavi və onun bir neçə yoldaşı İsrailin Yəmənin paytaxtına edilən hücumlarından birində şəhid olmuşlar.
4303918