“Qüds” agentliyinin verdiyi xəbərə görə, Qəzza hökumətinin informasiya ofisi açıqlayıb ki, İsrailin hücumları nəticəsində bu zolaqda 90 faiz dağıntı baş verib. İsrail “humanitar təhlükəsiz zona” adlandırdığı əl-Məvasi bölgəsini 136 dəfə bombalayıb.
Hesabata əsasən, 38 xəstəxana dağıdılıb və ya fəaliyyətini dayandırıb, sionist rejimin ordusu isə Qəzza zolağının 80 faizini işğal edib.
Qəzza hökumətinin informasiya ofisi əlavə edib ki, İsrail Qəzza əhalisinin üzərinə 200 min tondan çox partlayıcı maddə atıb, 835 məscidi tam, 180 məscidi isə qismən dağıdıb.
İşğalçılar iki il ərzində 268 min yaşayış binasını tamamilə məhv ediblər ki, bunun nəticəsində ümumi dağıntı səviyyəsi 90 faizə çatıb. Məktəblərin 95 faizi isə tam və ya qismən dağıdılıb.
İki il ərzində şəhidlərin sayı 76 min 639 nəfərə, itkin düşənlərin sayı 9 min 500 nəfərə, yaralıların sayı 169 min 583 nəfərə çatıb. 4 min 800 nəfər isə bədən üzvünü itirib.
Qəzza hökumətinin məlumatına görə, 2 min 700 fələstinli ailənin adı Qəzza qeydiyyatından tamamilə silinib. 12 min dölün qida çatışmazlığı və tibbi xidmətin olmaması səbəbindən ana bətnində həlak olduğu qeyd olunub. Qəzzada aclıq və qıtlıq səbəbindən 460 nəfər şəhid olub.
4309176