“Əl-Kəfil” saytının məlumatına görə, bu müsabiqə İraq Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Tələbə Fəaliyyətləri İdarəsinin Elmi Nəzarət və Qiymətləndirmə Şöbəsi tərəfindən təşkil olunub və Həzrət Abbasın (ə) Müqəddəs Hərəmi tərəfindən dəstəklənib. Yarış oktyabrın 11-də başlayıb və oktyabrın 15-dək davam edəcək.
Müsabiqənin açılış mərasiminə aşağıdakı proqramlar daxil olub:
– İraq qarisi Məhəmməd Rza əz-Zübeydi tərəfindən Qurani-Kərim ayələrinin tilavəti,
– Universitetin elmi işlər üzrə rektor müavini Dr. Meysəm Həmid əl-Qənbərin çıxışı,
– Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin nümayəndəsinin çıxışı,
– Dr. Əla əl-Musəvi, Həzrət Abbasın (ə) Müqəddəs Hərəminə bağlı Qurani-Kərim Elmi Cəmiyyətinin sədr müavininin çıxışı,
– Tələbə təranələrinin (tovşihlərin) icrası və ev sahibi universitetlərin təltif olunması.
Müsabiqənin münsiflər heyəti
Münsiflər heyəti aşağıdakı ixtisaslaşmış müəllimlərdən ibarətdir:
Dr. Basim əl-Übeydi – Qiraət və dini mədhiyyə ustadı
Şeyx Mehdi əl-Əmiri – Hifzin ustadı
Şeyx Məhəmməd Fəhmi Asfur – Təcvid qaydalarının ustadı
Ustad Yəhya əs-Səhhaf – Səs ustadı
Həsnəyn əl-Hilu – Ləhn ustadı
Yarışın məqsədi və əhəmiyyəti
Universitetin inzibati və hüquqi işlər üzrə rektor müavini Müştəq Kərim Əbdürrəhim çıxışında bildirib ki, “Əl-Əmid” Universiteti, Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin fəaliyyətləri çərçivəsində tələbələr üçün keçirilən bu “Ən-Nur” beynəlxalq Quran müsabiqəsinə ev sahibliyi edib. Yarışda İraq daxilindəki 60 universitetin nümayəndələri ilə yanaşı, ərəb və xarici ölkələrin tələbələri də iştirak ediblər.
O əlavə edib ki, bu müsabiqə, Qurani-Kərimi universitet mühitinə bağlamaqla tələbələrin mənəviyyatına təsir etdiyi üçün ən mühüm Quran fəaliyyətlərindən biridir. “Əl-Əmid” Universiteti və “Əl-Kəfil” Universitetləri adından Həzrət Abbasın (ə) Müqəddəs Hərəmi bu istiqamətdə davamlı fəaliyyət göstərir. Bu yarış, “Əl-Əmid” Universitetinin tələbə fəaliyyətlərinin əhəmiyyətinə və dini dəyərlərə sadiq, şüurlu bir nəsil yetişdirmək prinsipinə əsaslanan proqramlarının bir hissəsidir.
“Əl-Əmid” Universiteti haqqında
“Əl-Əmid” Universiteti, Müqəddəs Kərbəla şəhərində yerləşən və Həzrət Abbasın (ə) Müqəddəs Hərəminin Ali Təhsil Heyətinə tabe olan elmi-tədris müəssisədir. Universitet İraq Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin rəsmi lisenziyasına malikdir.
Bu universitetin quruluşunda beynəlxalq standartlar nəzərə alınıb və bu da onun dünya miqyasında yüksək reytinqli universitetlər sırasında yer almasına səbəb olub.
4310947