“İQNA”-nın “RT”-yə istinadla verdiyi xəbərə görə, Səudiyyə mənbələrinin bildirdiyinə əsasən, əgər zəvvar viza verildikdən sonra 30 gün ərzində Səudiyyə Ərəbistanına daxil olmazsa, onun vizası avtomatik olaraq ləğv ediləcək. Bu qərarın icrasına gələn həftədən başlanacaq.
Həmin mənbələr həmçinin vurğulayıblar ki, zəvvarların Səudiyyə Ərəbistanına daxil olduqdan sonra qala biləcəkləri müddət dəyişməyib və əvvəlki kimi üç ay olaraq qalır.
Bu qərar Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin ümrə zəvvarlarının sayındakı əhəmiyyətli artımı idarə etmək məqsədilə, xüsusilə də yay mövsümünün bitməsi və Məkkə ilə Mədinədə havanın sərinləşməsi fonunda qəbul edilib. Məqsəd zəvvarların giriş axınını tənzimləmək və iki müqəddəs şəhərdə sıxlığın qarşısını almaqdır.
Yeni ümrə mövsümünün iyun ayında başlanmasından bəri xarici zəvvarlara verilən vizaların sayı 4 milyonu keçib.
4313838