IQNA

İstanbulda anti-sionizm konfransı keçirilib

17:26 - November 09, 2025
Xəbər sayı: 3499181
İQNA - “Anti-sionizm konfransı” İsrail rejiminin Qəzza zolağında həyata keçirdiyi soyqırımı mövzusunda dünən, noyabrın 7-də İstanbulun “Rami” kitabxanasında başlayıb və noyabrın 13-dək davam edəcək.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu konfransda 2023-cü il oktyabrın 8-dən etibarən sionist rejim tərəfindən Qəzza zolağında həyata keçirilən soyqırımı mövzusunda müxtəlif komitələr fəaliyyət göstərəcək.

Türkiyənin “Azadlıq Donanması Koalisiyası”nın nümayəndəsi Bəhçəti İsmayıl Sunqur konfransdakı çıxışında bildirib:

“Sionizmdən danışarkən, 1948-ci ildən başlayan bir məsələdən yox, 5 min il əvvələ gedib çıxan tarixi kökləri olan bir problemdən danışırıq.”

Sunqur qeyd edib ki, müsəlmanlar Qəzza, Sudan və Kəşmir kimi bir çox bölgədə öldürülür və ya ədalətsizliklə üzləşirlər.

“İnsan və Sivilizasiya Hərəkatı”nın üzvü Adam Cilan da çıxışında vurğulayıb:

“Sionizm ekspansionist (işğalçı) bir layihədir və Qəzzadakı soyqırımı onun mahiyyətini üzə çıxarır.”

Tədqiqatçı və araşdırmaçı Adam Şimşək isə bildirib:

“Sionizmin əsas məqsədi – həm öz sərhədləri daxilində, həm də onlardan kənarda – sürətli genişlənmədir.”

Şimşək vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin daha sistemli və davamlı olmasının vacibliyini qeyd edib, bu təşkilatların real məqsədlər və konkret proqramlara malik olmasının əhəmiyyətini vurğulayıb.

HƏMAS ilə İsrail arasında oktyabrın 10-dan etibarən Qəzzada atəşkəs qüvvədə olsa da, İsrail onu hər gün pozur və nəticədə yüzlərlə şəhid və yaralı olur.

Qəzza müharibəsi geniş dağıntılarla yanaşı, 68 mindən çox fələstinlinin şəhid olmasına və 170 mindən çox insanın yaralanmasına səbəb olub ki, onların əksəriyyəti qadın və uşaqlardır.

İsrail onilliklərdir Fələstini, eləcə də Suriya və Livanın bəzi ərazilərini işğal altında saxlayır və 1967-ci ildən əvvəlki sərhədlər çərçivəsində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına imkan vermir.

4315682

captcha