IQNA

Qətərdə keçirilən Katara Beynəlxalq Quran Tilavəti Mükafatında 1266 iştirakçı yarışacaq

10:41 - November 11, 2025
Xəbər sayı: 3499190
İQNA - Qətərin Katara Mədəniyyət Fondu elan edib ki, “Quranı səslərinizlə zinətləndirin” mövzusu ilə keçirilən Katara Beynəlxalq Quran Tilavəti Mükafatının doqquzuncu buraxılışı üçün 1266 müraciət qəbul olunub.

“Əş-Şərq” qəzetinin məlumatına görə, bu yarışmanın doqquzuncu buraxılışında ümumilikdə 1266 nəfər ərəb iştirakçı olacaq. Onlardan 655 nəfər 17 ərəb ölkəsini, 611 nəfər isə digər 46 ölkəni təmsil edir.

Misir, Sudan və Somali 316 iştirakçı ilə ərəb ölkələri arasında birinci yerdə qərarlaşıb. Onlardan sonra Məğrib ölkələri (Qərbi Şimali Afrika) 210 iştirakçı ilə ikinci, Şam ölkələri və İraq isə 92 iştirakçı ilə üçüncü yerdədir. Körfəz ölkələrindən isə 37 nəfər yarışmada iştirak edəcək.

Məlumata əsasən, seçim komitəsi bütün iştirakçıları qiymətləndirəcək və Doha şəhərində keçiriləcək ilkin mərhələyə keçmək üçün ən yaxşı 100 iştirakçını seçəcək. Bu 100 nəfər 20 televiziya buraxılışında iştirak edəcək – hər buraxılışda 5 nəfər yarışacaq və hər buraxılışdan 1 nəfər yarımfinala vəsiqə qazanacaq.

Yarımfinal mərhələsində 20 əsas iştirakçı və 5 ehtiyat iştirakçı olmaqla, ümumilikdə 25 nəfər 5 televiziya buraxılışında yarışacaq. Hər buraxılışda 5 nəfər iştirak edəcək və onlardan 1 nəfər finala yüksələcək. Daha sonra birinci yerdən beşinci yerə qədər qaliblər elan ediləcək. Yarışmanın bütün mərhələləri Qətər Televiziyası ilə əməkdaşlıq çərçivəsində müqəddəs Ramazan ayında yayımlanacaq.

Münsiflər heyəti 6 nəfərdən ibarətdir: üçü Quran qiraəti üzrə icazə (icazənamə) sahibi və təcvid elmləri üzrə mütəxəssis, digəri isə üç nəfər səsin gözəlliyi, nəğmə və məqamlar üzrə mütəxəssisdir.

Katara Mədəniyyət Fondu, yarışmanın birincisinin tilavət etdiyi bütün Quranın studiyada yazılmış CD versiyasını hazırlayacaq.

Katara Quran Tilavəti Mükafatının ümumi pul mükafatı 1,5 milyon Qətər rialıdır.

1-ci yer – 500,000 rial,

2-ci yer – 400,000 rial,

3-cü yer – 300,000 rial,

4-cü yer – 200,000 rial,

5-ci yer – 100,000 rial olacaq.

Qətər Vəqflər və İslam İşləri Nazirliyinin Baş İdarəsi, 2017-ci ildə Katara Quran Tilavəti Mükafatının təsis olunduğu vaxtdan bəri yarışmanın rəsmi himayədarı kimi fəaliyyət göstərir.

4315983

captcha