IQNA

Misirin “Dövlət Tilavəti” proqramında ustad əl-Husrinin yad edilməsi

10:32 - November 17, 2025
Xəbər sayı: 3499224
İQNA - Misirdə Qurani-Kərimin tilavət və təcvidi üzrə istedadların aşkarlanmasına həsr olunan “Dövlət Tilavəti” televiziya proqramı ustad Şeyx Mahmud Xəlil əl-Husrini xatırladan xüsusi bir reportaj yayımlayıb.

“Əl-Vətən” xəbər portalının məlumatına görə, “Dövlət Tilavəti” proqramı ustad Şeyx Mahmud Xəlil əl-Husrini tanıdan bir reportajı məşhur sənətçi və media siması olan İsad Yunisin təqdimatında tamaşaçılara təqdim edib.

Reportajda deyilir ki, əl-Husri Misirin Qərbi (Ğarbiyə) vilayətinə bağlı “Şubra ən-Namlə” kəndində dünyaya gəlib. O, 10 yaşında Qurani-Kərimin bütün mətnini əzbərləyib. “əl-Husri” adı ona atasının həsirçilik (həsir toxuma) sahəsində çalışdığına görə verilib.

Onun Quran yolculuğu Tanta şəhərindəki Sidi Əhməd əl-Bədəvi mədrəsəsində başlayıb. Daha sonra 1944-cü ildə Misir Radiosuna qoşulub və tilavət, nəzarət və təshih sahəsində Qurana xidmət göstərməyə başlayıb. Onun ən mühüm nailiyyəti Qurani-Kərimin tərtillə oxunuşunun səsyazması olub ki, bu da ilk dəfə 1961-ci il sentyabrın 18-də, bazar ertəsi günü yayımlanıb.

Reportajda əlavə edilir ki, bu nailiyyət Misirin dünyaya hədiyyəsi idi. Bu çərçivədə Şeyx Husrinin 44 min ədəd Qurani-Kərim mürəttəl səsyazması CD formasında çoxaldılaraq dünyanın müxtəlif paytaxtlarına, həmçinin YUNESKO və ABŞ Konqresinə göndərilib.

 

گرامیداشت شیخ الحصری در برنامه «دولت تلاوت» مصر

Qeyd edək ki, “Dövlət Tilavəti” proqramı Misirdə Qurani-Kərimin tilavət və təcvidi üzrə ən böyük istedad yarışmasıdır. Proqram Misir Vəqflər Nazirliyi və “əl-Mütəhiddə” Media Xidmətləri Şirkətinin əməkdaşlığı ilə hazırlanıb və ölkənin müxtəlif bölgələrindən olan üstün səs və tilavət sahiblərini tanıdmağı hədəfləyir.

Bu proqram dünən — 14 noyabr 2025-ci il tarixindən etibarən əl-Həyat, CBC, ən-Nas, Misr Qur’an Kərim telekanalları və “watch it” platforması vasitəsilə yayımlanmağa başlayıb.

İştirakçıların qiymətləndirilməsi bir neçə mərhələdə aparılıb və Misir Vəqflər Nazirliyinin elmi–ixtisaslaşdırılmış komitəsinin, o cümlədən nazır Usamə əl-Əzhərinin rəhbərliyi ilə 32 nəfər final mərhələsinə vəsiqə qazanıb.

4316944

Teqlər: misir ، qari ، təcvid ، qiraət
captcha