“İQNA”-nın “Əl-iraqinews”-a istinadən verdiyi xəbərə görə, bu forum Duhok Amerika Universitetinin təşəbbüsü ilə yüksək vəzifəli siyasi, diplomatik və elmi şəxslərin iştirakı ilə keçirilir. Tədbirdə İraq və Kürdüstan Regionunun vəziyyəti, təhlükəsizlik, iqtisadi və siyasi çağırışlar, eləcə də Yaxın Şərq, region və dünyanın təhlükəsizlik durumu müzakirə ediləcək.
Kürdüstan Regionunun Baş naziri Məsrur Barzani forumdakı çıxışında bildirib ki, İraq parlament seçkiləri bütün iraqlılar üçün bir qələbədir və bu tədbirin Yaxın Şərq böhranlarının həlli üçün yeni çıxış yolları təqdim edəcəyinə ümid etdiyini vurğulayıb.
Ardınca Kürd Demokrat Partiyasının sədri Məsud Barzani qeyd edib ki, bu toplantı həssas bir dövrdə keçirilir və bütün dünya, xüsusilə Yaxın Şərq regionu böhranlarla üz-üzədir. O, bu cür konfransların həmin böhranların həlli üçün yollar təqdim edəcəyinə ümid etdiyini söyləyib.
İraq Hikmət Hərəkatının lideri Ammar əl-Həkim isə çıxışında bildirib: “Mən bütün partiya və siyasi qüvvələrin liderlərini İraqın maraqlarına və onun böyük imkanlarına diqqət yetirməyə çağırıram.”
O, qərarvermədə güclü, müxtəlif təbəqələrin səmərəli şəkildə təmsil olunduğu və İraqla regionu əhatə edən imkan və çağırışlardan xəbərdar olan təsirli bir hökumətin qurulması üçün əməkdaşlığa çağırıb.
Əmmar əl-Həkim vurğulayıb ki, güclü və balanslı bir hökumət regional və beynəlxalq imkanlardan onlar zərərə çevrilməzdən əvvəl istifadə edə bilər.
O əlavə edib ki, region ölkələrinin artıq böhranların idarə edilməsindən həll yollarının yaradılmasına doğru irəliləməsinin vaxtı çatıb.
Həkim sözlərinə belə davam edib: “Dialoq yeganə yoldur ki, gərginliyin azalmasını təmin edir, iqtisadi inkişafı reallaşdırır və ictimai sabitliyi möhkəmləndirir.”
Sonda o qeyd edib ki, region iqtisadi tərəfdaşlıqlara və dialoqa əsaslanan yeni bir yanaşmaya ehtiyac duyur.
Bu ilki MEPS konfransı regional böhranların risklərini azaltmaq və regional və beynəlxalq aktorlar arasında strateji əməkdaşlığı gücləndirmək məqsədi ilə, iqtisadi inkişafın dəstəklənməsinə xüsusi diqqətlə keçirilir və üç gün davam edəcək.
Konfrans regionun inkişaf prosesini daha dayanıqlı və səmərəli istiqamətlərə yönəldə biləcək siyasət və tədbirlərin vurğulanmasına əsaslanır.
4317694