“İQNA”-nın “Sədyul-Bələd”ə istinadən verdiyi xəbərə görə, o, 15 illik davamlı zəhmət və səylə Quranı öyrənib əzbərləməkdə uğur qazanıb və savadsızlığı aradan qaldıraraq, bir çox çətinlik və qətiyyətlə dolu bir yolçuluğun sonunda, 80 yaşına çatmamış hafiz olub.
Qəna şəhərinin “Mənna” bölgəsində yerləşən “Əcial əl-Müstəqbəl” cəmiyyətində keçirilən mərasimdə bu uğur rəsmi şəkildə elan edilib və bu müddətdə ona Quranı öyrənməkdə kömək edən şəxslər də tədbirdə iştirak ediblər.
Proqramda Fatimə Atiytuya və ona bu elmi-dini yolda yardım edən şəxslərə ehtiram göstərilərək təltif olunublar.
Bu yaşda bütün Quranı əzbərləmək hər kəsə göstərir ki, iradə olduğu müddətcə yaş heç vaxt elm öyrənməyə və daha yaxşı həyat üçün dəyişməyə mane ola bilməz.
“Əcyal əl-Müstəqbəl” cəmiyyətinin İdarə Heyətinin sədri Əhməd Əbdülqadir bu barədə deyib: “Fatimə Atiytu 79 yaşındadır və oxuyub-yaza bilmirdi; lakin cəmiyyətdə keçirilən savadsızlığın aradan qaldırılması dərslərində iştirak etməklə qısa müddətdə oxumağı və yazmağı öyrəndi, sonra isə Qurani-Kərim əzbərləmə və təcvid dərslərinə qatıldı”.
O əlavə edib: “15 il ərzində bir neçə tanınmış müəllim – Şeyx İsmayıl Məhəmməd, Şeyma Rəcəb və Fatimə Mahmud – bu misirli xanıma Quranı öyrədiblər. Bu münasibətlə, Fatimə Atiytu və onun Quran müəllimlərini təltif etmək üçün 170-dən çox qadın və qızın iştirak etdiyi xüsusi mərasim keçirilib.”
4317667